Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vətəni seviriksə, tarixini bilməliyik

Gənclər növbəti tədbir keçirib

Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” adlı seminar keçirilib.

MKS-in direktoru Şəhla Qəmbərova tədbiri açaraq, ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədr müavini, tarixçi Rəşad İbrahimov öz çıxışında ekspedisiyanın gördüyü işlər və onların əhəmiyyəti haqqında geniş məlumat verib. Gənclər Ağsu şəhərinin yaranma tarixindən tutmuş, orada inkişaf etmiş sənət növləri, ekspedisiyanın aşkarladığı qiymətli eksponatlar və s. haqqında ətraflı bilgi alıblar.

Daha sonra, ictimai birliyn nəzdində fəaliyyət göstərən Uşaq və Gənclərlə iş şöbəsinin müdiri Cəfər Mənsimi təmsil etdiyi qurum, onların həyata keçirdiyi layihələr haqqında danışdı. Bildirdi ki, seminarların keçirilməsinin əsas məqsədi Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi haqqında gənclərə məlumat vermək, onların bilik və dünyagörüşünün hərtərəfli inkişafına, mədəniyyət ocaqlarına marağın artmasına kömək göstərmək, bu sahədəki problemləri müəyyən etməkdir.
Tədbirdə çıxış edən, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli rəhbərlik etdiyi qurumun bu gündən etibarən “Şirvan xəzinəsinə aparan yol” adlı mədəni irs turlarına start verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Bundan başqa, tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhmən Hüseynov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Kitabxana Direktorlar şurasının sədri Nüşabə Ələkbərova çıxış edərək belə tədbirlərin keçirilməsin vacibliyi və əhəmiyyətindən söz açdılar.

Daha sonra gənclər 2010-cu ildə həyata keçirilmiş Ağsu arxeoloji ekspedisiyasının əldə etdiyi nəticələrlə bağlı çəkilmiş sənədli filmə və “Xocalı vaxtı” filiminə baxdılar.

Tədbirdə 70 saylı liseyin və 272 saylı orta məktəbin müəllim və şagird kollektivi, elm adamları, ziyalılar, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya şöbəsinin əməkdaşları və bir sıra gənclər iştirak edirdi.
Sonda məktəblilərlə qonaqlar arasında fikir mübadiləsi aparıldı. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli fərqlənən iştirakçılara “Ağsu orta əsrlərdə” kitabını hədiyyə etdi.

Aynurə






28 Aprel, 2011  19:33 Baxılıb: 1652 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner