Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“GRBS” şirkəti 24 iştirakçını milli sertifikatla təltif edib

Şirkətin sertifikatları peşəkarlıq nümunəsi kimi tanınan və qəbul edilən kvalifikasiyadır

“GRBS” şirkəti Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib Kvalifikasiyasının “Mühasibat Uçotu üzrə Milli Sertifikat” imtahanlarını uğurla vermiş mühasibləri milli sertifikatlarla təltif edib. 
Şirkətdən Simsar.az-a verilən məlumata görə, Beynəlxalq Tədris Mərkəzinin "Qarabağ" zalında Azərbaycan Respublikası Auditorlar Palatasını sədri cənab Vahid Novruzov, GRBS-in idarəedici partnyoru Bəhram Qurbanov, Təhsil Nazirliyinin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə keçirilən təltifetmə mərasimində sertifikatın əhəmiyyətindən danışılıb.

Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib Kvalifikasiyası mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınan, Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına əsaslanan milli peşəkar kvalifikasiyadır.
Kvalifikasiyırılmış Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində "GRBS" Beynəxalq Tədris Mərkəzi tərəfindən təqdim edilən milli peşəkar kvalifikasiyadır.

Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasibat Kvalifikasiyası prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş 29 iyun 2004-cü il tarixli "Mühasibat Uçotu haqqında" qanununa əsaslanaraq hazırlanıb. Bu qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlər 01 yanvar 2008-ci il tarixindən etibarən Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidir.
Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan Auditorlar Palatası ilə Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycanda eksklüziv akkreditə olunmuş tədris partnyoru GRBS arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən kursların sonunda Sertifikatlaşdırılmış İmtahan təşkil edilir. İmtahanda uğur qazanan namizədlərə Milli Sertifikat və Diplomlar təqdim edilir.
Əsas üstünlük ondan ibarətdir ki, Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib Kvalifikasiyası müvafiq sahə üzrə peşəkarlıq nümunəsi kimi tanınmış və qəbul edilən kvalifikasiyadır.

Tədbir zamanı Sertifikatlarla təltif edilənlər arasında Dövlət Neft Şirkəti (ARDNŞ), Lukoil Azərbaycan, Nobel Oil, Salyan Neft, Qobustan Neft, BASF Kaspian, Bakı Banklararası Valyuta Birjası, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Unibank və digər şirkətləri təmsil edən mühasiblər vardır. Ümumiyyətlə, 24 iştirakçı Mühasibat Uçotu üzrə Milli Sertifikatla və 30-dan çox iştirakçı isə təlimdə iştirak haqqında Sertifikatla təltif edildi.
RUSLAN









28 Aprel, 2011  16:04 Baxılıb: 1467 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner