Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Nuran vətənə qayıdır

Almaniyada ağır xərçəng xəstəliyindən uzun müddətdir ki, müalicə olunan Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynov vətənə qayıdır. Bu barədə Lent.az-a Hacı Nuran özü məlumat verib.

O, iki ildən çoxdur ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən Uniklinikdə müalicə aldığını söyləyib: "Heydər Əliyev Fondunun mənə göstərdiyi kömək və qayğı sayəsində sağlamlığıma qovuşmaq üzrəyəm. Fevralın 2-də artıq Azərbaycana qayıdıram. Bundan sonra 5 il ərzində mütəmadi olaraq Almaniyada yerləşən həmin klinikada müalicəmi davam etdirməliyəm".

Hacı Nuran ona göstərilən yardıma görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, vitse prezidenti Leyla xanım Əliyevaya təşəkkürünü bildirib: "Mən adi bir vətəndaşam. Fondunun mənə göstərdiyi diqqət və qayğıya görə şəxsən Mehriban Əiyeva və Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Mənim bu müddət ərzində xaricdə müalicəmi təşkil etdiklərinə görə, onlara və bütün Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirəm. Bir ömür boyu onlara minnətdaram".

Hacı Nuran bu müddət ərzində ona dəstək olan, ən çətin anlarında yanında olan və ola bilməyən dostlarına da təşəkkürünü bildirib.

Qeyd edək ki, yanvarın 31-də 38 yaşı tamam olan Hacı Nuran 2 ildən çoxdur ki, xərçəng xəstəliyindən əziyyət çəkir.






28 Yanvar, 2015  16:32 Baxılıb: 2391 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner