Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Ayan Babakişiyeva : "Səndən sonra"- gizli məktub ortalığı qarışdırdı... VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, tanınmış estrada ulduzu Ayan Babakişiyeva bu gün tanınmış bəstəkar və şair Tural Bayraməliyevin müəllifi olduğu "Səndən sonra" mahnısına çəkdirdiyi klipinə təqdimat keçirdi.

"Qala media group"un ərsəyə gətirdiyi ekran işində əsas obrazı müğənninin özü canlandırıb.

Peşəkar jurnalist Şahin Cavadsoyun aparıcılığı yadda qalan media görüşündə bütün yaradıcı heyət iştirak edirdi. Rejissorları Ceyhun Ibrahimoğlu ilə Vüsal Həsən olan klip elə bu iki istedadlı gənc tərəfindən montaj olunub.

Süjet xəttinə görə Ayan, iki sevgili arasında seçim etmək məcburiyyətində qalır.

Ürəyinin səsi onu vadar edir ki, real həyatdakı aşiqini seçsin. Ayanın sevgililəri obrazında Nəsimi Mirzəyevlə, Rahib İsrafilov çəkiliblər. Makeup Səbinə İmanova, geyimlər Şəlalə Maqsudovaya məxsusdur. Bağlı məkan və şəhər görüntülərindən bol olan klip ARİ Alex kamerasına çəkilib. Ümumu büdcəsi 12 min manatdır.

Sırf jurnalistlər üçün nəzərdə tutulan təqdimata sürpriz gül buketinin gəlməsi hər kəsi heyrətləndirdi. "Mr XXX" tərəfindən göndərilmiş güllərin içindən çıxan məktub rus dilində yazılmışdı : "Səndən uzaqda olsam da ürəyim səninlədir".

Sözün yaxşı mənasında şoka düşən səbəbkar, ciddi-cəhdlə həmin şəxsin kimliyini gizlətdi... Oxucularımız bəhs etdiymiz "Səndən sonra" klipini yayımladığımız linkdən izləyə bilərlər.

Rövşən İlknuri Simsar.Az

Fotolar: Könül İbrahim






24 Yanvar, 2015  19:56 Baxılıb: 5009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner