Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Mülki yaşayış məntəqəsinə aviazərbə

Suriyanın paytaxtı Dəməşqdə mülki yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb.
Simsar.az-ın məlumatına görə, hökumətə məxsus hərbi hava qüvvələri üsyançıların mövqelərini atəşə tutub. Əməliyyatlar zamanı, yaşayış binaları da raketlərin hədəfinə tuş gəlib. Məscidin yaxınlığına düşən mərmilərdən biri cümə namazından çıxan azı 42 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 6-sı azyaşlı uşaqdır. Yaralıların əksiyyəti isə, ağır vəziyyətdədir.

Aviazərbələr nəticəsində yaxınlıqdakı binada yanğın başlayıb. Mərmilər ətrafdakı onlarla yaşayış binasına dağıdıcı zərər yetirib.

Hadisə yerində çəkilmiş dramatik kadrlarda insanların yaralıların xilasına tələsdiyini müşahidə etmək olur.

Pentaqon bir qədər əvvəl Suriyada İŞİD silahlılarına qarşı mübarizədə təsir gücünü artırması məqsədilə Suriya müxalifətinin mötədil qoluna hərbi təlimlər keçəcəyini açıqlayıb. Pentaqonun mətbuat katibi kontr-admiral Con Körbinin sözlərinə görə, hökumət bu məqsədlə İraqa xüsusi hərbi kontingent cəlb edəcək.

“Müdafiə naziri Çak Heyqel təlim-məşq düşərgələrinin yaradılmasına əmr verib. Qarşıdan gələn bir neçə gün ərzində 100-ə yaxın ilkin heyət düşərgəyə cəlb olunacaq. Daha sonra əlavə bir neçə yüz nəfərlik hərbi kontingentin də düşərgəyə cəlb olunmasını planlaşdırırıq”

Suriyada davam edən daxili münaqişələr zamanı indiyə qədər ölənlərin sayı 220 minə çatıb.






24 Yanvar, 2015  09:32 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner