Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycan Qərb institutları ilə üz-üzə qalıb…”

“Britaniyanın o zamankı Baş naziri Marqaret Tetçer də yanvar hadisələrinə SSRİ-nin daxili işi kimi qiymət verib”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, vaxtilə Qərb mediası islam fundamentalizmini cığırlandırmaq üçün Qorbaçovu daha təsirli tədbirlər görməyə çağırıb:

“Amerika konqresində bəlli mövqelər var idi. Con Kerri və bir sıra senatorlar Sovet İttifaqının baş katibinə “Qarabağı ermənilərə verin, çünki orada yaşayan əhalinin 60 faizini təşkil edən bu məzlum xalq Azərbaycanın blokadasında və müxtəlif siyasətindən əziyyət çəkirlər” kimi müraciəti o deməkdir ki, bizim on illər ərzində Qərbin SSRİ-ni dağıtmaq üçün etnik milli konfliktlərdən faydalanmaq istəyini və Qorbaçova açıq dəstəklə bağlı ehtimallarımız intuitiv düşüncələr deyildi. Hamıya bəllidir ki, xarici dairələr SSRİ-ni çökdürmək üçün ötən əsrin 70-ci illərindən sonra daha da şiddətləniblər. SSRİ-nin ən zəif yeri kimi Qarabağ probleminin Azərbaycanın ziyanına inkişaf etdirilməsində Qərb dairləri böyük addımlar atıb. Nəticədə Azərbaycan təkcə Sovet İtifaqının başçıları ilə deyil, həm də Qərb institutları ilə üz-üzə qalıb”.

Millət vəkili qeyd edib ki, Azərbaycan əleyhinə imzalanmış həmin sənəd, faktiki olaraq Qarabağın Azərbaycandan qoparılması planı sonrakı dövrdə 907-ci düzəlişə səbəb oldu:

“Ermənistanı blokadaya aldığımızdan danışanlar Azərbaycanın Asiyada, yoxsa Avropada yerləşməsini təyin edə bilmirdilər. Bir çoxları çağırışda bulundu ki, Pakistan rəhbərliyi ermənilərlə münasibətlərin tənzimlənməsində Azərbaycanı başa salmalıdır. Halbuki bizim qonşuluğumuzda Pakistanın yerləşmədiyini yəqin ki, hər bir sadə Amerika vətəndaşı bilirdi. İndi Azərbaycan keçmişinə görə Kerrinin üzərinə getmək, onu siyasi tənqid hədəfində saxlamaq niyyəti güdmür. Biz zamanındakı səhv mövqelərin bölgədə nə qədər ağır mənzərə yaratdığını ortaya qoymaq istəyirik. Vyetnam müharibəsində iştirak edən və beş il orada həbsxanada qalan Kerri yəqin ki, müharibənin nə demək olduğunu çox yaxşı bilir. İndi Amerika xarici siyasətində ölkəmizə münasibətini dəyişərək köklü şəkildə ədaləti elə ifadə etməlidir ki, həqiqətən onun dünyada jandarm rolu bu bölgədə qəbul olunsun”.

Xatırladaq ki, hazırda ABŞ Dövlət katibi olan Con Kerri də daxil olmaqla, 20 senatorun 1990-cı ildə SSRİ rəhbəri Mixail Qorbaçova ünvanladığı və Dağlıq Qarabağın ermənilərə verilməsini təklif edən müraciət bu günlərdə yayılıb.






22 Yanvar, 2015  11:13 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner