Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“İlham Əliyevlə eyni fikirdəyik” - Merkel

“Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub”.

Simsar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə birgə brifinqində deyib. Kansler deyib ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır: “Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.

Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək.

Eyni zamanda, biz Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə yaxşı olar ki, sülh yolu ilə aradan qaldırılsın. Bu mənada hər iki dövlət səylərini göstərməlidir və düşünürəm ki, Sizin səfəriniz, bu mənada töhfəsini verəcək. Həmçinin Azərbaycan bir tərəfdaş kimi Almaniya və Avropanın enerji təchizatında böyük rol oynayır”.

Jurnalistlərin suallarına cavabında A. Merkel deyib ki, Azərbaycanla və digər ölkələrlə ikitərəfli münasibətləri, siyasi, iqtisadi əlaqələri inkişaf etdirmək bizim üçün böyük əhəmiyyətə malikdir və təbii ki, bu, sivil cəmiyyətin dəyərlərinin qorunmasının əsasını təşkil edir: “Demokratiya, hüquqi dövlətçilik vacib amillərdən biridir. Biz bu haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq. Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır”.

 






22 Yanvar, 2015  09:16 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner