Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Bu ölkədə doğruları deməyə heç kim cəsarət etməyəcək”

“Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. Bəzən sərt olub, bəzən diplomatik manevrlərlə demişəm, ancaq həmişə öz sözüm olub”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, millət vəkili kimi hər zaman insanları dinlədiyini bildirib: “Baxın, tez-tez demoqoji fikir səsləndirənlər olur ki, millət vəkilləri xalqa yaxın deyil. Burada haqlılıq payı əlbəttə var. Ancaq bir Allah şahiddir, illərdir çalışırıq ki, sosial şəbəkə vasitəsilə xalqla daha əlçatan təmasımız olsun, fikir mübadiləsi edək, insanların mesajlarını alıb gücümüz çatan istiqamətdə köməklik göstərək. Mən də sizlərdən bilmədiyim xeyli bilgiləri öyrənirəm. Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. Bəzən sərt olub, bəzən diplomatik manevrlərlə demişəm, ancaq həmişə öz sözüm olub. Təsəvvür edin ki, ANS-də veriliş yoxdur və mən 20 ilə yaxındır kitablarımda, məqalələrimdə, hətta dissertasiyamda bu mövqeyi açıq, çəkinmədən yazıram, televiziyalarda söyləyirəm. Nə oldu, indi yadınıza düşdü? ANS-dəki proqramda 6 nəfər sizin istədiyinizi söylədi. Necə oldu, bir nəfərin əks mövqeyini qəbul edə bilmədiniz? Tam məsuliyyətimlə deyirəm: bu minvalla qaragüruhun qorxusundan kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək. Bir də mən millət vəkili kimi proqrama çıxmamışam, kitablarımı millət vəkili kimi yazmıram. Bu, elmdirsə, elmlə cavab verin, yoxsa Milli Məclisə, prezidentə müraciət edirlər ki, məni susdurmağa kömək etsinlər. Millət vəkili kimi də iradlarını başa düşmürəm. Hansı aktual məsələ oldu ki, mən onu səsləndirmədim, münasibət bildirmədim? Hər gün bəlkə də ən çox məktubu da vətəndaşlardan alan deputatlardan biriyəm. Narazılığınız məndəndirsə, o zaman razı qaldığınız millət vəkili obrazı necə olmalıdır, onu yazın, fəaliyyətimizi o obraza uyğunlaşdıraq. İnanın, özünüz də şahidsiniz ki, biz özümüzü müdafiə etməyə iradəmiz çatır, ancaq qaragüruhçuluğun yayılmasının qarşısını kəsmək üçün bütün sağlam düşünən insanların aktiv olması vacibdir”.






21 Yanvar, 2015  14:04 Baxılıb: 1644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner