Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“...kim istərsə Allahı görmək”

Nerde görsen gönlü kırık merhem ol!
Öyle mazlum yolda kalsa hemdem ol!
Mahşer günü dergahına mahrem ol!

“Ahmet Yesevi kimdir? Bir araşdırma aparın, görəcəksiniz...Bizim milliyyətimizi əslində onda tapacaqsınız.” Bu sözləri böyük şairimiz Yahya Kemal demişdi. Böyük Əhməd Yəsəvi haqqında deyilmiş ən dəyərli sözlərdəndir. Xüsusilə gənclərimizin, böyüyən nəsillərimizin dədəmiz Əhməd Yəsəvini dərindən oxumaları çox vacib və önəmlidir. Onu oxumayan böyük bir zənginlikdən məhrum qalmışdır demək ki... Onu oxumayan türk gənci keçmişini, tarixini, türk milli düşüncə və inanc fəlsəfəsini yaxşı bilmir demək ki... Əhməd Yəsəvini oxumaq, anlamaq mənəvi zənginliyə, kamilliyə aparan yoldur. Özünü dərk etməyə aparan yoldur. Türk millətini və onun sevgi fəlsəfəsini öyrənməyə və anlamağa aparan yoldur. Böyük Yaradanla qovuşmağa arapar yoldur...
Garip, fakir, yetimlerle Elçi ilgilendi,
O gecede Mirac oldu Allahı gördü…
Döndü geldi yine fakirlerin halini sordu.

İnsan oğlunun yaşadığı zaman çatdığı ən uca yüksəliş Meracdır. Yəni, Allah elçisinin Allaha çatdığı andır. Quran ayələrinin nazil edilməsində vasitəçilik edən Cəbrayıl adlı mələk belə peyğəmbərimiz Hz. Məhəmmədin çatdığı nöqtəyə qədər ucala bilməmiş, “yanarım” demişdir. Meraca, yəni, insanın çatdığı, çata bildiyi və çata biləcək ən ali dərəcəyə peyğəmbərimizin necə çatması, hansı hərəkətləri ilə bu zirvəyə yüksəlməsini dərindən anlamaq üçün dədəmiz Əhməd Yəsəvini oxumaq lazımdır. Allahın Elçisinə özü ilə elçisiz doğrudan görüşmək fürsətini nə üçün verdiyini, onu ən uca nöqtəyə, Cəbrayılın belə ucalmadığı nöqtəyə nə üçün ucaltdığını anlamaq üçün gənclərimiz mütləq dədəmiz Əhməd Yəsəvini oxumalıdır. Çünki onu oxumaqla təkcə bu suallara deyil, onları düşündürən ən önəmli suala da cavab tapa biləcəklər. Peyğəmbərimiz Hz. Məhəmmədin yolunda gedənlərə də eyni yüksəliş veriləcəkmi ? Allahın didarı, camalı, Allah ilə qovuşma Ona inananlar üçün mümkündürmü? Mümkünsə, necə, hansı yol və hansı hərəkətlər ilə? Bunu anlamaq isə insana həyatı anlamağa kömək edir. Bu sualların cavabını tapmadan həyatı anlamaq, insan kimi yaşaya bilmək və xoşbəxtliyin nə demək olduğunun sirrini tapmaq mümkün deyil. Dədəmiz Əhməd Yəsəvi Hikmətinin əvvəlində deyir.


Sözü söyledim, kim isterse Allahı görmek
Canını canına bağlasın, damarların eklesin,
Garip, yetim, fakirlerin gönlünü alsın.

Böyük Əhməd Yəsəvi Allahı görməyin ilk yolunu yetimlərin, anasız-atasızların, yoxsulların, kasıbların yanında olmaqda, onlara hər zaman maddi və mənəvi dəstək olmaqda, onları könüllərini sevindirməkdə görürdü.
Garip, fakir, yetimleri sevindir,
Aziz canını parçalarcasına çalış.
Yemek bulursan canın ile konuk eyle,
Haktan işitip bu sözleri söylüyorum.

O yüz illərdir insanlara səslənərək deyir ki, yetimlərin, anasız-atasızların, yoxsulların, kasıbların, qəriblərin, yolda qalmışların yardımına qaçanlar Allaha qovuşmaq yoluna qədəm qoyanlardır. Bu yola qədəm qoymaq bundan keçir. O, bu gün də hər kəsi, hər birimizi düşünməyə çağırır. Mən Allaha qovuşmaq yoluna qədəm qoya bilmişəmmi? Sabah çox gec olmayacaq ki?..- deyə ciddi düşünməyə.
Garip, fakir, yetimleri kim sorarsa
Razı olur ol kulundan Yüce Allah.
Ey habersiz, sen sebepsin, kalanı sırdır,
Hak Mustafa öğüdünü söylüyorum.

Bəli, dədəmiz böyük Əhməd Yəsəvini gənclərimizə oxutmalıyıq, öyrətməliyik. Daha gözəl və mənəviyyatlı, ruhu, milli düşüncə və inancı möhkəm, sevgi dolu gerçək insanlarımizin, vətəndaşlarımızın sayının daha da çoxalmasını istəyiriksə onu öyrənməli və öyrətməliyik. O, deyirdi:
Akıllı isen gariplerin gönlünü al,
Mustafa gibi ülkeyi gezip yetimleri ara!

Allah Elçisinin Meraca yüksəlməsində qəriblərlə, kasıblarla, yetimlərlə maraqlanması böyük rol oynadı deyən Əhməd Yəsəvi “əgər sən də Allaha qovuşmaq istəyirsənsə onun Elçisinin yolu ilə get, ona bənzəməyə çalış” deyə “Divani- Hikmət”lə bu gün də bizə səslənir:
Resul önüne bir yetim gelmişti,
Garip ve müptelayım demişti.
Acıdı Resul onun haline,
İstediğini verdi eline.
Resul dedi ben de bir yetimim,
Yetimlik ve gariplikle yetişdim.
Muhammed dedi ki kim ki yetimdir
Biliniz o benim has ümmetimdir.
Yetim görseniz incitmeyiniz,
Garibi görseniz küstürmeyiniz.

Əhməd Yəsəviyə görə İslam dinində ən böyük, ən yararlı ibadət ehtiyacı olan insanlara, yəni qərib, kasıb, yetim olan insanlara xidmətdir. O, bizi bu gün də peyğəmbərimiz Hz. Məhəmmədi və “Qurani-Kərim”i düzgün anlamağa çağırır. Bu qudsi-hədisi yəqin ki bir çoxlarınız bilirsiniz. Amma onun daşıdığı hikməti böyüyən uşaqlarımıza lap kiçik yaşlarından öyrətməliyik. Gerçək insan olmanın yolunu çox gənc yaşlarından tapa bilsinlər deyə.
“Allah dedi ki:
- Ey insan, xəstə oldum, ziyarətimə gəlmədin.
İnsan soruşdu:
- Ey Rəbbim, Sən aləmlərin Rəbbisin...Səni necə ziyarət edim?
Allah buyurdu:
- Bilmirsən? Filan qulum xəstə oldu, amma sən onu ziyarət etmədin, əgər onu ziyarət etsəydin, məni yanında tapacaqdın.
Allah dedi ki:
- Ey insan. Ac idim, doyurulmağımı istədim, məni doyurmadın.
İnsan soruşdu:
- Ey Rəbbim, mən Səni necə doyurum? Sən aləmlərin Rəbbisən.
Allah buyurdu:
- Filan qulum səndən yemək istədi, sən yedirtmədin...Bilmədinmi? Onu yedirtsəydin, məni yanında tapacaqdın.
Allah buyurdu:
- Ey insan, su istədim, vermədin.
İnsan soruşdu:
- Ey Rəbbim, sənə necə Su verim? Sən aləmlərin Rəbbisən.
Allah buyurdu:
- Filan qulum səndən su istədi, vermədin. Ona su versəydin, məni yanında tapacaqdın... Bunu da anlaya bilmədin?”
Bəli, bu bir qudsi hədisdir. Yücə Elçi Allahın vəhy etdiyini öz sözləri ilə bizə belə anladır. Amma nə qədərimiz bunu anlamışıq? Bəc bu gün nə qədərimiz bunu anlaya bilirik? Məhz bu səbəbdən də dədəmiz Əhməd Yəsəvini daha çox oxumalı və uşaqlarımıza öyrətməliyik. Çünki o bizim doğruları anlamamıza kömək edir. O, bu gün də bizə səslənir və xəstə, ac, susuz insanın, yetimin, yoxsulun könlünü almaq “Allaha yaxın olmanın ən kəsə yoludur” – deyir!






13 Yanvar, 2015  16:37 Baxılıb: 2387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner