Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İran və Türmənistan Xəzərə problemdir

"Bu ölkənin tələblərinə digər sahilyanı dövlətlər razılaşmadığından Xəzərin hüquqi statusu həll edilməmiş qalır”

Nə İran, nə də Türkmənistan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsinə hələ ki, hazır deyillər, - bunu SalamNews-a açıqlamasında Xəzər məsələləri üzrə siyasi ekspert Rüstəm Məmmədov bildirib.

Hazırda İran və Türkmənistanın diplomatik addımlar atdığını deyən Rüstəm Məmmədov qeyd edib ki, Xəzərin hüququ statusunun müyyənləşdirilməsi ilə bağlı pay bölgüsü bu ölkələri qane etmir.
O, Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiyasının müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun iclasında tərəflərin səsləndirdiyi nikbin fikirlərin problemin çözümünə kömək etmədiyini söyləyib: “Mən bu məsələ ilə əlaqədar nikbin bəyanatları 1993-cü ildən bəri eşidirəm”.

Politoloq deyib ki, bu cür qeyri-müəyyənlik İran və Türkmənistanı razı salır: “İranın mövqeyi Xəzərin statusu ilə bağlı məsələlərə maneə yaratmaqdır. Türkmənistan isə İranın etdiklərini təkrarlayır. İnanmıram ki, İran tezliklə öz mövqeyindən dönsün. Çünki Tehranı qane etməyən bir çox məsələlər var. O, istəmir ki, Xəzəryanı ölkələrin dəniz sularında xarici şirkətlər olsun, istəmir ki, Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzər dənizinin təbii resurslarından faydalansın. İran Xəzər dənizində ona payına düşən hissənin az olduğunu iddia edir. Bu ölkənin tələblərinə digər sahilyanı dövlətlər razılaşmadığından Xəzərin hüquqi statusu həll edilməmiş qalır”.

Rüstəm Məmmədov bu ilin sonunda Xəzəryanı ölkələrin dövlət başçılarının Moskvada keçiriləcək 4-cü sammitinə qədər Xəzərin statusu ilə bağlı məsələnin həllini tapacağına inanmadığını söyləyib: “Tərəflər Moskvada keçiriləcək sammitə qədər öz aralarında müəyyən bir qənaətə gəlməlidirlər. Bunun üçün isə müvafiq situasiya lazımdır ki, o da hələ mövcud deyil”.






27 Aprel, 2011  15:31 Baxılıb: 1529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner