Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Harruki Murakaminin doğum günüdür

Musiqi və sözün sehrinə köklənən yazıçı...

Haruki Murakami yanvarın yanvarın 12-də, 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmşdir. İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazmışdır. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında ikən beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçik həcmli əsərlərindən sayılan "Toni Takitani" əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük "Tony" yazısı olan sevimli köynəyi və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanmaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər.

Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə hər kəs istədiyi, gordüyü formada reallığı onun əsərlərində tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.

Yazıçının "Norveç Meşəsi" əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa Murakaminin gozəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi qeyd etmək məqsədəuyğun olardı. Belə ki əsəsrlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət Jazz-Bar sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü biruzə verir.

"Kafka sahildə" əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Ümumiyyətlə qeyd etmək olar ki, yazıçının əksəriyyət təşkil edən əsərlərində, xüsusilə də "Kəsəyən" trilogiyasına daxil olan əsərlərinin qəhrəmanları musiqi və kitab aşiqidirlər. Bu da öz növbəsində yazıçnın qəhrəmanlarına verdiyi bəzi şəxsi xüsusiyyətlərindən xəbər verir.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində muhazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verməkdə davam edir. Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Dünya miqyasında milyonlarla oxucunun qəlbinə yol salmış, daxili aləmi ilə daim barışıqda olan yazıçı heç vaxt şöhrət arzusunda olmadığını hər zaman bildirmişdir. Hətta müsahibələrinin birində, müxbirin "Ən böyük nəaliyyətiniz nədir?" sualına qısa olaraq "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var" deyə cavab verib.

 

Nigar

 






12 Yanvar, 2015  11:00 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner