Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan kosmosda icarəyə yer götürdü

Azərbaycan ölkənin ikinci peyki üçün orbital mövqe icarəyə götürüb. Simsar.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Yeni orbital mövqe birinci "Azerspace-1” peyki üçün Malayziyadan icarəyə götürülən 46-cı dərəcə şərq uzunluq dairəsi kimi xarici ölkələrin birindən icarəyə götürülüb. Azərbaycanın ikinci geostasionar peyki üçün orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar peyk sistemlərinin orbital mövqelərinin koordinasiyasında problemlərin mövcudluğu ilə əlaqədar qəbul edilib.

Söhbət peyk sisteminin yaradılmasını planlaşdıran ölkənin qabaqcadan peyk sistemlərinin əsas xarakteristikalarını dərc etməsi (Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə) və qonşu peyk rabitəsi sistemlərinin bu halda maraqlarına toxunulan bütün sahibləri ilə onların uyğunlaşdırmasını aparmasından gedir.

Mənbənin sözlərinə görə, "Azerspace-2" peykinin yerləşdiriləcəyi orbital mövqe və mövqenin icarəyə götürüldüyü ölkə haqqında informasiya yaxın vaxtlarda açıqlanacaq.

“Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır.






8 Yanvar, 2015  18:00 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner