Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Üzülmək istəmirsənsə...”

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)

Ötən gecə qrip, onun verdiyi qızdırma, baş ağrıları, öskürəkdən yata bilmirdim... Qripi əslində anlatmağa ehtiyac yoxdur, onun insana nələr yaşatdığını da... Dərmanlar da elə ciddi işə yaramadı. Yata bilmədiyimdən “facebook” və “tvitter” səhifəmdə dostların mesajlarına cavab vermək qərarına gəldim. Baxdım ki, gec saatlar olmasına baxmayaraq “facebook”da dostluğumda olan xeyli ciddi adamlar var ki, müzakirə aparırlar. Bəzi müzakirələr isə çox əsəbi və qızğın keçir. Bu ciddi dostlarımızı bir neçə adam elə əsəbi duruma salıb ki, cavablarından nə qədər gərginlik və əsəb keçirdikləri açıq-açığına hiss olunur. İnsan neyləsin?! Onların fəaliyyətini, işini, baxışlarını bəyənmədiklərini təhqir, həqarət səviyyəsində söyləyən, şərhlərindən ancaq qarşısındakı insanı incitmək məqsədi daşıdığı hiss olunan, etik normalardan, mədəniyyətdən uzaq, aşağılamalarla dolu və bəyənmədikləri fəaliyyətə, işə, baxışa tutarlı alternativlər qoya bilməyən... və sadəcə kefim belə istəyir - təhqir edirəm. Nə başınızı ağrıdım, təfəkkürü açıq görünən adamların yazdıqlarına çox ciddi cavablar verən bir dosta qısa mesaj yazdım: “Özünü yorma, anlamayacaq(lar)...” Həmən cavab yazdı: “Amma doğru yanaşmadıqlarını izah etməliyəm” - dedi... Dedim: - Kimə?! - Necə yəni kimə? - Sizə dostca bir söz söyləmək istəyirəm. Həmin adamların səhifələrini açın baxın, görün nə ilə məşğuldurlar? - Bütün şüurlu həyatları nə ilə keçib, indiyədək sizdə bəyənmədiyi keyfiyyətlərdən daha yaxşı keyfiyyətlərə, əməllərə, fəaliyyətə sahibdirlərmi? Deyəsən sözlərim ona maraqlı gəlmişdi... Əsəblərinizin çox gərgin olduğunu görürəm. Mən də yaşadım eyni vəziyyəti, sizin kimi vəziyyətlə üzləşdim. Amma sonra bir rəssamın hekayəsini oxudum və bir az daha fərqli baxıram... Və hekayəni qısa şəkildə ona yazdım. Yazıram, siz də oxuyun: “Rənglərin ustası olaraq yad edilən böyük bir rəssamın tələbəsi təhsilini tamamlamışdı. Böyük usta şagirdini yola salarkən çəkdiyi rəsmi şəhərin ən qələbəlik meydanına qoymasını və yanına da qırmızı bir qələm qoymasını, insanlardan bəyənmədikləri yerlərə işarələr qoymalarını rica edən bir yazı yerləşdirməsini istəmişdi. Şagirdi bir neçə gün sonra rəsmə baxmağa getdiyində rəsmin işarələrin içində olduğunu görmüş və üzülərək ustasının yanına getmişdi. Usta rəssam üzülməməsini və yenidən rəsmə davam etməsini məsləhət görmüş... Şagirdi rəsmi yenidən çəkmiş. Usta yenə rəsmi şəhərin ən qələbəlik meydanına qoymasını istəmiş, lakin bu dəfə yanına müxtəlif boyalar və bir neçə fırça qoymasını, yanında da insanlardan bəyənmədikləri yerləri düzəltmələrini rica edən bir yazı əlavə etməyi məsləhət görmüşdü. Şagirdi deyiləni etmişdi... Bir neçə gün sonra baxmış ki, rəsminə heç kim toxunmamış. Sevinclə ustasının yanına qaçmışdı. Usta rəssam belə demişdi: “Birincidə insanlara fürsət verildiyində nə qədər mərhəmətsiz bir tənqid yağışı ilə qarşılaşa biləcəyini gördün. Həyatları boyu rəsm belə çəkməmiş insanlar da gəlib sənin rəsmini qaraladılar! İkincisində onlardan yaradıcı olmalarını istədin. Yaradıcı olmaq təhsil, təcrübə, zəhmət, dünyagörüş, istedad tələb edir. Heç kim bilmədiyi bir məsələni düzəltməyə cəsarət etmədi. Əməyinin qarşılığını nə etdiyindən xəbəri olmayan insanlardan ala bilməzsən. Əsla, əməyini bilməyənlərə təqdim etmə və əsla bilməyənlə müzakirəyə girişmə! Üzülərsən...” Bir az sonra dostumdan qısa bir cavab aldım: “Əməyinin qarşılığını nə etdiyindən xəbəri olmayan adamlardan ala bilməzsən. Əsla əməyini bilməyənlərə təqdim etmə və əsla bilməyənlə müzakirə etmə!...” Allah o rəssamdan da, bu hekayəni göndərdiyin üçün səndən də razı olsun deyə, yazdı. Mən də qısa bir cavab göndərdim: - Allah, rəssamın bu hekayəsini doğru anlayıb, düşünənlərdən və bundan sonra özünə və başqalara daha obyektiv qiymət verməyə çalışanlardan da razı olsun!

 






8 Yanvar, 2015  10:54 Baxılıb: 1823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner