Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MTN -dən narkobaron əməliyyatı

Nazirlik açıqlama yaydı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son bir ayda qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfəri ifşa edib. Onlardan ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə çərşənbə axşamı MTN-in ictimai əlaqələr mərkəzindən Trend-ə məlumat verilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət cəzasızlıq şəraitində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanmışlar. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları - Şamilov Namiq Əhməd oğlu, Xubaliyev Sərraf Şəkərali oğlu, Ələkbərova Arzu İsa qızı, Şamilov Tahir Əhməd oğlu, Yaraliyev Ramiz Pirəli oğlu, Bəkirov Vüsal Ərəstun oğlu, Qasımova Asya Çingiz qızı, Şamilov Zöhrab Əhməd oğlu, Şamilov Həzrət Zöhrab oğlu, Əhmədov Elnur Sabir oğlu, Şamilov Məcid Tahir oğlu və digərləri mütəşəkkil dəstənin tərkibində külli miqdarda narkotik vasitələri satış məqsədilə qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətirmiş, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlamış və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərmişlər. Əməliyyat zamanı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından bir necəsinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, dəstənin üzvlərinin zərərsizləşdirilməsi tədbirləri müvəffəqiyyətlə nəticələnmişdir.

Keçirilmiş baxışlar zamanı Namiq Şamilovun üzərindən, idarə etdiyi "Wolksvaqen Tiquan" markalı avtomaşınından və yaşadığı mənzildən külli miqdarda narkotik vasitə olan 147,373 qram heroin, digər mənzilindən 1 ədəd "Mauzer" tipli tapança və ona aid 7 ədəd patron, Sərraf Xubaliyevin üzərindən və idarə etdiyi "Mersedes Benz" markalı avtomaşından 495,135 qram heroin, Tahir Şamilovun üzərindən 3,397 qram heroin, Arzu Ələkbərovanın üzərindən 116,3 qram heroin, Ramiz Yaraliyevin üzərindən 4,196 qram heroin, Asya Qasımovanın üzərindən 28,107 qram heroin, Vüsal Bəkirovun üzərindən 2,855 qram heroin, Həzrət Şamilovun üzərindən 0,161 qram heroin, eləcə də Elnur Əhmədova məxsus idman çantasının içərisindən 14,522 qram heroin, Zöhrab Şamilovun mənzilindən 313,4 qram heroin, habelə Namiq Şamilova məxsus 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - İdrisov Bəhram Fərman oğlu və Ələkbərov Tərlan İlyas oğlu saxlanılmış, keçirilmiş baxış nəticəsində onlardan 2 kiloqram 784 qramdan artıq heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Bəhram İdrisov, Tərlan Ələkbərov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.

Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşgul olan Azərbaycan Respublikasının vətəndaşları - Nağıyev Samir Xanəhməd oğlu, Abbasov Azad Vidadi oğlu və Nəsirova Səidə Hüseynqulu qızı saxlanılmış, 12 kiloqram 757 qram həşiş aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə Səidə Nəsirovanın sifariş etdiyi həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Həsənov Nizami Məhərrəm oğlu, Səfiyev Qaçay Xasay oğlu və Qarayev Çingizxan İslam oğlu saxlanılmış, onlardan külli miqdarda - 570 qramdan artıq heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.

Aprelin 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının vətəndaşı Tahirov Əflatun Əhməd oğlu saxlanılmış, ondan 10 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülmüşdür.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






26 Aprel, 2011  20:57 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner