Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhlükə: ölkədə daşqınlar ola bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylardakı vəziyyətə aydınlıq gətirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylardakı mövcud vəziyyəti açıqladı 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aprel ayının III ongünlüyündə respublika ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunub.


Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Kiçik Qafqaz çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 95 faizini təşkil edir.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 855 m3/san, yəni ongünlük normanın 120 faizini (2010-cu ildə 995 m3/san olmaqla ongünlük normanın 140 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 236 m3/san, yəni ongünlük normanın 133 faizini (2010-cu ildə 364 m3/san olmaqla ongünlük normanın 204 faizini) təşkil edir.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 651 sm (2010-cu ilin müvafiq dövründə 802 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 544 sm (2010-cu ilin müvafiq dövründə 705 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 333 sm (2010-cu ilin müvafiq dövründə 442 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 461 sm (2010-cu ilin müvafiq dövründə 710 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 373 sm (2010-cu ilin müvafiq dövründə 573 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.






26 Aprel, 2011  20:02 Baxılıb: 1144 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner