Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DEPUTAT, NAZİRDƏN YENƏ NARAZISAN?

Milli Məclisin bəzi üzvləri bir vaxtlar deyirdi: “Dövlət orqanlarının rəhbərləri bizi eşitmir” 

Seçicilər deputların bəzi dövlət orqanlarından şikayətini az eşitməyib. Onların seçdiyi şəxslər əhalinin problemini nazirlər səviyyəsində qaldıra bilmədiklərini belə izah edirlər ki, ünvanlanan deputat sorğuları cavabsız qalır. 

Artıq iki aya yaxındır ki, islahtlar prosesinə start verilib. Nazirlik və komitələrin fəaliyyətində müsbətə doğru dəyişikliklər hiss olunur. Görəsən, indi deputatlar nə fikirdədi, onların sorğularına münasibət dəyişibmi? Milli Məclis üzvünün nazirlə görüşmək problemi öz həllini tapıbmı?

Deputat Jalə Əliyeva: “Mənə daxil olan müraciətlər idarələrdəki süründürməçiliklərlə bağlı olurdu”

- Prezident tərəfindən korupsiyaya qarşı mübarizə vaxtında və düzgün atılan addımdı. Bu prezident səviyyəsində həyata keçirilən bir hadisədir, təbii ki, ölçü də götürülüb. Bu həm də dövlətin öz siyasi iradəsinin nümayişidir. Bundan sonra bir sıra qurumlarda problemlər üzə çıxdı. Ancaq onu da qeyd etmək istəyirəm ki, əvvəllər müxtəlif problemlərlə bağlı şəxsən mənə çoxlu müraciətlər olurdu. Bu hansısa qurumda, ya da idarələrdə süründürməçiliklərlə bağlı idi. Ancaq səmimi deyim ki, korupsiyaya qarşı mübarzi elan olunandan sonra bu müraciətlərin sayı 10-20 dəffə azalıb.

Deputat Fazil Mustafa: “Razı qaldığım qurum yoxdur”

- Korupsiyaya qarşı mübarizə ilk öncə inhisarçılıqdan başlamalı idi. Ölkədə rəqabət mühiti olmalıdır. Yoxsa ki, bir müəllimin, həkimin işdən çıxarılması iki-üç şəxsin həbsi hələ korupsiyanın qarşısının alınması demək deyil. İnsanlar üçün normal iş yerləri açılsın, maaşlar verilsin… Bu baxımdan hələ ki, razı qaldığım qurum yoxdur.

Deputat Nizami Cəfərov: “40-50 yaşında olan biri yazır kı, Fövqaladə Hallar Nazirliyində işə düzəlmək istəyir”

-Bir xeyli həssaslıq artıb. İndi şikayətlər öz həllini daha rahat tapır. Ancaq bəzən seçicilər və şikayət edən şəxsin şikayəti o qədər əssassız olur ki, heç bir qurum qarşısında o məsləni qaldıra bilmirəm. Məsələn, 40-50 yaşında olan biri yazır kı, Fövqaladə Hallar Nazirliyində işə düzəlmək istəyir. Ancaq o adam anlamır ki, həmin nazirlikdə heç bir peşəsi olmayan insanı işə götürmürlər. Əsası olan şikayət həllini tapır.

Deputat Elmira Axundova: “Bütün nazirliklər qarşısında istənilən məsləni qaldıra bilirəm və həmin məsələ də öz həllini tapır”

- Mənə daha çox əhv məsələlərilə bağlı şikayətlər daxil olur. Həm də Masallı camaatı mənə daha çox yazır və onlar da öz həlini tapır. Mən bütün nazirliklər qarşısında istənilən məsləni qaldıra bilirəm və həmin məsələ də öz həllini tapır. Məsələn, Səhiyyə Nazirliyi heç vaxt mənə şikayət edənlərlə bağlı xahişlərə diqqətsiz qalmayıb. Kiminsə müalicəsi üçün müraciət etmişəmsə, dərhal məsələ həll olunub. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi də bu kimi problemlərdə həmişə bizə yardımçı olub. Neçə nəfərin ünvanlı sosial yardım almasında kömək göstəriblər. Mənə müraciət edən şikayətçilərin içərisində daha çox başqa ölkələrdə cəza alanlarla bağlıdır. Həmin şəxslərin valideynləri mənə müraciət edir, mən də bu məsələni Ədliyyə Nazirliyinə çatdırıram , baxıldıqdan sonra həmin şəxsin cəzasını vətəndə çəkməsi mümkün olur.

Milli Məclisin deputatı və sosial Siyasət komitəsinin üzvü olaraq bir çox iclaslarda mən dəfələrlə bir mühüm məsələni hər zaman gündəmə gətirmiş və diqqətə çatdırmışam. Bu da ondan ibarətdir ki, 45-50 il iş stajı olan qocaman müəllim və həkimlərin təqaüdləri yeni qaydalarla hesablansın.

 Ölkə başçısı cənab İlham Əliyev daha irəli gedərək, daha cəsarətli və inqilabi bir addım ataraq qərara gəlib ki, 2006-cı ilə qədər pensiyaya çıxmış 900 000-ə qədər insanın təqaüdləri yeni qaydalarla, yəni əmək stajı nəzərə alınmaqla hesablansın və onların həyat səviyyəsi yüksəldilsin. Cənab Prezidentin qeyd etdiyi kimi bu məsələ yaxın vaxtlarda öz həllini tapacaqdır.


Aynurə Həsənova






26 Aprel, 2011  19:52 Baxılıb: 1526 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner