Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaxın Uzaq Türkiyə - III yazı - SEHİRBAZ MEDİA

Şəbnəm Bəkirzadə Karslının təqdimatında

Türkiyədə siyasi xəbərləri izləmək, qərar vermək, tərəf tutmaq olduqca qəliz məsələdir. Hələ buraya əcnəbi olaraq gəlmisinizsə və məlumatları ancaq media vasitəsi ilə alırsınızsa, o zaman vay halınıza. Kiçik bir təşbehlə fikirlərimi daha aydın izah edəcəm:
Sehrbaz göstərisi təsəvvür edin. Qara şlyapalı bir sehrbaz əlində çubuğu ilə sizə yaxınlaşır və qulaq dəliyinizdən dovşan çıxarır. Ətrafdakı hər bir tamaşaçı qulaq dəliyinizdən çıxan dovşanı görür və bu bacarığına görə sehrbazı alqışlayırlar. Amma kimsə o dovşanın həqiqətən də sizin qulaq dəliyinizdə olduğunu iddia etməyəcək, çünki sehrbazın istedadı olduğu haqda əminlik vardır.
Bu gün Türkiyə mediasında vəziyyət sehrbazın qulaq dəliyindən dovşan çıxarmasına bənzəyir. Amma problem ondadır ki, kütləyə o dovşanın həqiqətən də sənin qulağından çıxdığı söylənilir. Beləcə sən də qulağında dovşan saxlayan adam olaraq tarixə düşürsən. Çox az insanı inandıra bilərsən ki, o heyvan əslində sehrbazın – medianın əlində idi, qulağımdan çıxmış kimi göstərilməsi də onların bacarıqlarına daxildir.
Türkiyədə hər hansı xəbəri izlədiyimdə öncəliklə məlumata deyil, onu kimin yayınladığına baxıram. Məlumat almaq informasiya məkanı bolluğunda daha da çətin olur. Önəmli bir hadisə baş verdiyində müxtəlif tərəflərin mövqelərini izləmək üçün televiziya kanallarına üz tuturam. Kanallara baxmadan əvvəl Allahdan böyük səbr diləyirəm, çünki bu sadəcə işgəncədir. Bir məlumatı internet saytlarından axtarmaq da əzabvericidir. Xarici qeydiyyatlı olanların statistikasını əldə edə bilməsəm də, məlum oldu ki, Türkiyədə 256 yerli telekanal və 17 milyon sayt var. Saytların isə təxminən 68 mini xəbər saytı olaraq qeydiyyatdan keçib. İndi gəl, çıx işin içindən.
Telekanallardakı vəziyyətə qısaca nəzər yetirmək istərdim. Müəyyən profili olan kanallar işimizi rahatlaşdırır. Bütün günü musiqi dinləmək, xəbər izləmək, filmlərə tamaşa etmək və hətta Şabanın kinolarına baxmaq istəsəniz hər biri üçün müəyyən kanallar mövcuddur. Amma digər ölkələrdən fərqli olaraq sadəcə sənədli film və ya araşdırma proqramları təqdim edən keyfiyyətli yerli kanal yoxdur. Tələb olmadığı üçün təklif də meydana çıxmayıb. Türkiyə insanı sadə, asan həzm olunan proqramlara üstünlük verir. Onsuz da araşdırma proqramları çəksələr istədikləri reytinqi əldə edə bilməyəcəklər. Tədqiqat obyektləri içərisində Türkiyədə bu gün ən məşhur mövzu sionizmdir. Uçan, qaçan hər şeyi, baş vermiş bütün hadisələri illüminatiyə bağlamağı sevirlər. Bütün çayxanalarda, saytlarda, kitablarda hər kəsin bildiyi məlumatları və ya dezinformasiyaları təkrar-təkrar dünyəvi sirr olaraq yaymaqdan məmnun qalırlar.
Türkiyə mediasında məlumat, propoqanda və ideologiya aşılamaqda dizi sektorundan ciddi istifadə edilir. On bir ildir propoqanda vasitəsi kimi istifadə olunan “Kurtlar Vadisi” proyekti dediklərimə bariz sübutdur. Türkiyədə dizilər eyni zamanda kanalların ən önəmli reytinq – yəni reklam mənbəyidir. Dizi infrastrukturu beynəlxalq səviyyədə inkişaf etməkdədir. Mövzuları zamanla daha da dərinləşərək diqqət cəlb etməyə başlayıb. İki və ya üç il əvvələ qədər dizilərin əsas mövzusu kürd ailələri, ağalıq rejimləri və digər məişət mövzuları idi, bu gün yelpik genişlənib. Dizi infrastrukturu ölkəyə maddi olaraq da gəlir gətirməkdədir. Bir sıra xarici ölkələrdə Türkiyə serialları tərcümə edilir və yayınlanır.
Türkiyə mediasından yazarkən söz azadlığı və fikir azadlığı mövzularına toxunmamaq mümkün deyil. Fərqli birliklərin bu mövzuya münasibətləri də fərqlidir. 2014-cü ilin yekunlarına dair müxtəlif fikirli tərəflərin bəyənatları ilə tanış olduq. İllər öncə Atatürk haqqında “o adam” ifadəsi işlətdiyi üçün həbs cəzası alan professor Atilla Yayla bu gün Türkiyədə söz azadlığının Cumhuriyyət tarixində ən yaxşı vəziyyətdə olduğunu iddia edir. Türkiyə prezidenti R.T.Ərdoğanla dəfələrlə konflikt yaşamış Türkiyə Vəkillər Kollegiyasının başqanı Metin Feyzioğlu isə bu günkü vəziyyəti Türkiyə Cumhurriyyəti tarixində ən pis vəziyyət kimi dəyərləndirir.






7 Yanvar, 2015  10:17 Baxılıb: 5588 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner