Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“A.M.A.Y” Abdulla “Texnikabank”a sərt cavab verdi

“Bankın açıqlaması qeyri-ciddiliyi və savadsızlığı ilə seçilib”

“Texnikabank” ASC-nin yaydığı açıqlama A.M.A.Y. MMC-nin çoxsaylı kollektivi tərəfindən hiddətlə qarşılanıb. Hər şeydən əvvəl «Texnikabank» ASC-nin məsuliyyətsiz, hər cür ciddilikdən uzaq açıqlamaları qeyri-ciddiliyi və savadsızlığı ilə seçilib. Birinci cümlədən sonuncu cümləyə qədər qeyri-dəqiq və ard-arda verilən yanlış açıqlamalar nə «Texnikabank»a yaraşır, nə də bizə” . 

Bu açıqlamanı Simsar.az-a A.M.A.Y. MMC-nin mətbuat xidməti göndərib. 

Qeyd edək ki, “Texnikabank” ASC bir müddət öncə açıqlama verərək ayrılan kreditlərin “A.M.A.Y” şirkəti tərəfindən mənimsənildiyini bəyan edib: “Aparılan monitorinqlər nəticəsində məlum olub ki, alınmış kredit resursları həmin şirkətlərin genişləndirilməsi və ticarət işlərinin aparılması üçün istifadə edilmək əvəzinə, “A.M.A.Y” şirkətinə və onun rəhbəri A.Abdullayevə verilib.

“Texnikabank” bəyan edir ki, “A.M.A.Y.” şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insan kredit resurslarının təyinatına uyğun istifadə etməməklə müvafiq qaydada cinayət törədib.


“A.M.A.Y”-ın bu günki bəyanatında bildirilir ki, «Texnikabank» bir maliyyə qurumu olaraq, bəzi dövlət adamlarına təsir etmək gücündədir: “Amma hansısa cinayət haqqında məhkəmə qərarı olmadan «Texnikabank»ın bizi cinayətkar elan etməsi, məhkəmə orqanlarına da təsir etmək məqsədi daşıyır. Bəlkə «Texnikabank» rəhbəri özünü qanunun və məhkəmə orqanlarının üstündə görür? Onu biz deyə bilmərik, amma biz dövlətimizə, onun qanunlarına güvənirik və məhkəmə orqanlarının ədalətli qərar çıxaracağına inanırıq”.

“A.M.A.Y”-ın açıqlamasında qeyd olunur ki, nə AMAY rəhbərliyi, nə də sözü gedən şirkətlər dövlətin heç bir təşkilatına şər-böhtan atmır: “Biz hər şeyin qanun çərçivəsində həllinin tərəfdarıyıq. Əgər «Texnikabank» bizi ictimaiyyət və dövlət qarşısında ittiham etmək fikrindədirsə və yaxud cinayətkar adlandırırsa, bizim mövqeyimiz cəmiyyətə və dövlətə məlumdur. Biz həmişə dövlətimiz və dövlətçiliyimiz üçün çalışmışıq. Qoy «Texnikabank» rəhbərliyi mövqeyini müəyyənləşdirsin. Dünyada gedən bu böhran dövründə yüzlərlə şirkəti piramida quraraq bank sisteminə uyğun gəlməyən formada çökdürmək, qeyri-qanuni tədbirlərlə iş adamlarını təzyiqlərə məruz qoyub, onların mal-mülklərini əldə etmək dövlətçilikdirmi? Bu, insanları dövlətin əleyhinə qaldırmaq deyilmi?
AMAY-ın başqa banklar və şəxslər qarşısında öhdəliklərinə əməl edib-etməməsinə gəlincə, AMAY bütün öhdəliklərinə cavabdehdir və onları yerinə yetirməyə hazırdır”.

RUSLAN






26 Aprel, 2011  18:14 Baxılıb: 1827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner