Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elçin Şıxlı: “İti də götürüb, işıq gələn tərəfə gedərdim” – MÜSAHİBƏ

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılmışdır.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan sualları bu dəfə Aərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı cavablandırır.


- Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olub?


- Büdrəməsən, olmur. Çünki badalaq verirlər, büdrəyirsən. Amma sonra yenidən qalxırsan. Başqa cür mümkün də deyil.

- Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?


- Bir mahnı var: “Ay duman gəl, get bu dağlardan”.  Yəni hava hələ ki, ancaq dumanlıdır.

- İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

-O söhbət həmişə olur, o qədər olur ki, lap usanıram, yoruluram. Elə ki yoruldum, o  “mən” nə deyir-desin, daha söhbət eləyə bilmirəm.

-Xoşbəxtsiniz?

-Yaşadığım üçün xöşbəxtəm.


- İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?


-Mənim itlərdən çox xoşum gəlir. Cünki insanın ən sadiq dostlarından biri itdir. Odur ki, iti də götürüb işıq gələn tərəfə  gedərdim.

- Deyim var: “Yağışı mənə anlatma, yağ”. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?


-Anlatmağa çalışanlar çox olub. Necə deyərlər, yağmasalar da guruldayıblar.

- Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

-İnsanlar haqqında pis danışmaq istəmərəm, ancaq, deyəsən ikincisi daha çoxdur.

- Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

-Bu sual tapmacadı, mən də tapmacadan qaçıram.

- Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

- Təbbii ki, razıyam.

- Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu necədir?

- Mənim üçün hislərdə heç bir riyaziyyat yoxdur. Çünki, riyaziyyat hissləri boğur. Biri var qəlbinin istəyi ilə hərəkət edirsən, bir də var nəyisə hesablayıb addım atırsan. Odur ki,  mənim üçün nə musiqidə, nə də hisslərdə riyaziyyata heç bir yer yoxdur.

- Təkamül nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

-Bəlkə də yaddan çıxarıb. Ancaq əgər o, təkamül nəzəriyyəsini zəncirə bənzədibsə, demək nəysə bilirmiş. Əgər Darvinə bu sualları vermək mümkün olsaydı, yəqin ki, yaradanın olduğuna inandığını deyərdi. Sadəcə, o, Yer üzündə həyatın əmələ gəlməsini o vaxt belə başa düşüb deyə meymun söhbəti edib.

- Dənizə düşən damlanın “dənizəm” deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

-Mən damlayamsa, heç vaxt dənizəm deyə bilmərəm. Doğrudur, dəniz damlalardan ibarətdir, amma hər adam dənizəm deyirsə, vay bizim halımıza...

- Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə, şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

- Belə düşünmək, əlbəttə, gülməlidir. Şişirdilmiş dodaqlar gözəl deyil, qısa ətəklər isə heç də hamıya yaraşmır. Gözəllik daxilən olmalıdı. Birdə ki, sərbəst musiqi gözəldi, hisslərin riyaziyyatla heç bir bağlılığı olmayanda gözəldir. Riyaziyyat isə bir elm kimi ayrılıqda gözəldir.

- Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapa bildi?


- Çuxur tapılıbsa, üstəlik ora su yığılıbsa, o çuxurdan çıxıb yenisini  axtarmaq lazım gəlir. Mən də indi elə vəziyyətdəyəm - düşdüyüm çuxurdan çıxmaq istəyirəm. Yəni çuxur yenilikdisə, özünü tapmaqdırsa, mən indi axtarışdayam. Çünki həyat daim yenilənir. Yaşadıqca sənə elə gəlir ki, hər şeyi bilirsən. Amma sonda başa düşürsən ki, sən hələ heç nə bilmirsən.

- Əsrə bərabər gününüz olub?

- Hələ ki, yox.

- Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

-Həsrətin çəkməmişəm, amma o günləri vaxtında dəyərləndirmədiyimə gərə heyfsilənmişəm.

- Gələcək necə gələcək?

-Gələcək heç kimdən heç nə soruşmur ki, özü necə bilir, elə də gəlir.

- Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

-Eşqdən deyil, həyat eşqindəndir.

- Sonun başlanğıcına inanırsınız?

-Yox, inanmıram. Sonun başlanğıcı olsaydı, onda həyat dayanardı.

-Suallarımız sizi sıxmadı ki?


-Yox, amma deyəsən cavablarım ciddi oldu deyə suallar sıxıldı.

Simsar.az

{img}






5 Yanvar, 2015  10:00 Baxılıb: 2647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner