Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Belə adama psixiatr necə kömək etsin?” - Nadir İsmayılov intiharlardan danışır

Son dövrlərdə ölkəmizdə baş verən intiharların sayı  görünməmiş həddə çatıb. Əgər 2009-cu ildən 1013-cü ilə kimi  335 belə hadisə baş vermişdisə, 2014-cü ilin təkcə ilk altı ayı ərzində 260 özünəqəsd hadisəsi baş verib.

Mövcud vəziyyətlə bağlı Simsar.az-ın suallarını tibb elmləri doktoru, professor, Azərbaycan Psixoatriya Assosasiyasının prezidenti Nadir İsmayılov cavablandırıb.


-Bir neçə il əvvəl demişdiniz ki, televiziyada, mətbuatda intihardan danışmaq olmaz. Bu, özü bir təbliğatdır. Amma indi vəziyyət o yerə çatıb ki, danışmaq yox, həyəcan təbili çalmaq gərəkdir.

-Bilirsiniz, insan iki halda bu addımı atır - ya psixi xəstədir, nə etdiyini dərk etmir, ya da affekt vəziyyətində olur. Yəni qısa müddət ərzində kəskin psixoloji reaksiya-emosional partlayış halında... Bu reaksiya ya adekvat, yəni səbəbə uyğun ola bilir, yaxudda da səbəbsiz olaraq baş verir. Səbəbsiz olduqda ona potoloji effek deyilir. İkinci halda isə fizioloji affekdir. Belə vəziyyətdə olan insanın düşüncəsi pozulursa o, hər bir cinayət əməlinə əl ata bilər.

-Belə xəstələr arasında intihara meyllilik neçə faiz təşkil edir?

- Ümumiyyətlə, demək olmaz ki, hər intihar edən adam psixi xəstədir. Müşahidələr göstərir ki, şizofreniya xəstələrinin cəmi 10,6 faizi intihara meylli olurlar. Digər xəstəlikdən əziyyət çəkənlər - depressiyalı xəstənin 35,8 faizi, alkaqoliklərin, narkomanların 22,4 faizi, şəxsiyyət pozuntusu olanların (psixopatlar) 11,6 faizi, təşviş pozuntusu olanların 6,1 faizi, mərkəzi sinir sisteminin üzvü pozuntusu olanların isə 1 faizi intihara meylli olurlar.

-Psixi xəstəliyin neçə növü mövcuddur?

-Bu xəstəliyin 400-ə qədər növü var. Özü də bu gün cəmiyyətimizdə onların hər birinin əlamətləri hiss olunur. Biri az, biri çoxdur, amma hamısı var. Əslində bu hal bütün dünyada müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada hər 4 nəfərdən biri depressiyadan əziyyət çəkir. Bunlar da ağır, orta və yüngül formada olur.

- Bu mühitdə böyüyən yeni nəslin sağlamlığı da təhlükə qarşısındadır...


- Uşaqları hər kəs nəzərə almalıdır. Televiziyalar reytinq xatirinə şou proqramlar, mənasız seriallar, qəddarlığı təbliğ edən kinolar, cizgi filmləri verirlər. Uşaqlara belə proqramlara baxmağa icazə verilməməlidi. Valideynlərin aqressiv davranışı da uşaqların psixikasına zərbə vurur.

-Bəs insanlara necə kömək etmək, vəziyyətin  dərinləşməsinin qarşısı necə alınmalıdır?

- Üç qrup üzrə prafilaktiki tədbirlər aparılmalıdır. Birinci, qrupda  səhiyyə maarifləndirilməsi

İkinci, profilaktikada müəyyən böhran mərkəzləri olmalıdı. Depressiyaya, ağır  stiuasiyaya düşən adam həmin nömrəyə zəng edərək, ordan psixoloji yardım ala bilsin. Üçüncü profilaktikada  intihara cəhd edənləri - intihar cəhdi baş tutmayanları siyahıya alıb olnlarla iş aparılmalıdır. Belə adamlarla işləmək, təbliğat aparmaq lazımdı. Təbliğatın da ən güclü forması onların inandığı insanlar - ağsaqqallar, ata, ana, dayı, baba, müəllimlər vasitəsilə onlara təsir göstərməkdi.

- Psixiatrlar vəziyyətin kritik olduğunu nəzərə çatdırmaq üçün  hər gün eyni vaxtda və bütün televiziya kanallarında, deyək ki,  “xəbərlər” proqramından sonra  10-15 dəqiqəlik bir verilişlə efirdən  xalqa sözünüzü desə,  səmərəli olmazmı?


- Hər kanalın öz proqramı var, biz gedib deyə bilmərik ki, bütün kanallarda bizə vaxt ayırsın. Odur ki, birinci növbədə hərə öz işini görməlidi - iclimai təşkilatlar, ayrı-ayrı idarələr, nazirliklər...Səhiyyənin də öz işi var.

-Yəni artıq sözlə yox, real köməklik göstərilməlidir?


-Söz də deyilməlidir, onun öz yeri var. Amma həkim təbliğat aparmaqla insanın cibi dolmayacaq, dərdi azalmayacaq, problemi həll olmayacaq.  Dərdi boğaza qədər olan, cana doyan adam  əlacsız qalır, gedir özün asır. İqtisadi baza olmalı, əmək haqqları, pensiyar artırılmalıdır. Gəliri az olan, aşağı sosial təbəqəli ailələrə ehtiyacını ödəyəcək yardımlar verilməlidir. Çox adam var ki, ailə ehtiyac içindədir, amma sosial yardım ala bilmir.

Biz xaricdən çox şey götürürük. Amma təəssüf ki, lazım olanı yox,  lazım olmayanı - zərərlini götürürük. Məsələn, xaricdə professora ayda 40 min manat pul verirlər. Bizdə isə 100 işçisi olan bu boyda mərkəzin baş həkimi 250 manat əməkhaqqı alır. Tibb institunu əla qiymətlərlə bitirib, 2 il Portuqaliyada tibb kursu keçən, 5 dildə sərbəst danışan həkimimiz var, 130 nanat alır.

Azərbaycanda nə qədər ailə var ki, 100 manat pensiya ilə dolanır. Hər evdə də bir sayğac asıblar, ay tamam olmamış elektrik kəsilir - pul ödə. Yəni hökümət bir faiz də olsun güzəştə getmir. Şam işığında, soyuqdan dona-dona uşağına dərs öyrədən yarıac-yarıtox bir adama psixiatr necə kömək etsin?

Odur ki, komplieks şəkildə iş aparılmalı, maddi-sosial problemlər həll edilməli, eyni zamanda tibbi-profilaktik tədbirlər də aparılmalıdır. Yəni sosial-iqtisadi problemlər həll olduqca  aqressiya da, intiharlar da, qətllər də azalır.

Bütün məsələlərin kökü iqtisadi-sosial problemlərdədi, bu, tək tibbin həll edəcəyi məsələ deyil...

İsmət Ələkbərqızı






29 Dekabr, 2014  16:13 Baxılıb: 7666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner