Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“NEFT FONDU HAQQINDA” QANUN NİYƏ QƏBUL OLUNMUR?

Qubad İbadoğlu: “Qanun layihəsinin parlament müzakirəsini səbirsizliklə gözləyirik” 

Sabit Bağırov: “Ortada suallar çoxdur” 

“Neft Fondunun aktivlərinin artımı, fiscal ekspansiya siyasətinin genişlənməsi Azərbaycanda neft gəlirlərinin və risklərin idarəedilməsini daha da çətinləşdirməklə yanaşı, məsuliyyətin müxtəlif institutlar arsında bölüşdürülməsi sahəsində yeni təşəbbüsləri daha da aktuallaşdırır.
Bu istiqamətdə vəziyyətin getdikcə mürəkkəbləşməsini nəzərə alanda Neft Fondunun sərəncamlarla idarə edilməsi praktikasına son qoyulmasının, onun parlamentin və ictimaiyyətin nəzarəti altında fəaliyyətinə hüquqi əsaslar yaradılmasının vacibliyi gündən-günə artır. Odur ki, İctimai Bilriklərin “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının mütəxəssisləri tərəfindən hazırlanan “Neft Fondu haqqında” Qanun layihəsinin parlament müzakirəsini səbirsizliklə gözləyirik”.
Bu fikirləri MSŞT Koalisiyasının Şura əlaqələndiricisi Qubad İbadoğlu “Neft Fondu Haqqında” Qanunun qəbul olunmasını şərtləndirən amilləri şərh edərkən bildirib.

“Neft gəlirləri hamımızındır”

Koalisiyanın hazırladığı layihə ilə bağlı vəkillik işinin daha da gücləndiriləcəyini deyən Q.İbadoğlunun sözlərinə görə, Qanun layihəsinə dair ictimaiyyətin maarifləndiilməsi MSŞT Koalisiyasının həyata keçirəcəyi “Neft gəlirləri hamımızındır” adlı ictimai məlumatlıandırma kampaniyasının əsas komponentlərindən biri olacaq: “Biz əminik ki, bundan sonra ictimai təşəbbüslərin daha da artımı, Qanun layihəsinin daha geniş və müxtəlif sosial qruplar tərəfindən dəstəklənməsi onun qəbulu istiqamətində addımlar atılması ilə müşahidə olunacaq. Hazırda həyata keçirilən şəffaflıq kampaniyasına bundan yaxşı töhfə ola bilməz ”.

“Neft Fondunun vəsaitləri Azərbaycanın dövlət büdcəsini xeyli geridə qoyub”

MSŞT Koalisiyasının Şura üzvü Sabit Bağırov da hesab edir ki, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasında Parlament iştirak etməlidir. “Neft Fondunun vəsaitləri getdikcə artır. Son rəsmi məlumatlar da göstərdi ki, Neft Fondunun vəsaitləri Azərbaycanın dövlət büdcəsini xeyli geridə qoyub. Əgər Dövlət Büdcəsi Milli Məclis tərəfindən təsdiq olunursa nədən Neft Fondunun da vəsaitləri eyni mexanizmlə tənzimlənməsin. Ortada belə suallar çoxdur” deyən S.Bağırov qanunun qəbul olunması istiqamətində səylərin daha da artırılacağını bildirib: “Biz qanun qəbul olunana qədər MSŞT Koalisiyasının ekspertləri tərəfindən hazırlanmış Qanun layihəsilə bağlı vəkillik işlərini davam etdirəcəyik”.
Qeyd edək ki, Qanun layihəsi MSŞA Koalisiyasının Şura üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin rəhbərlik etdiyi işçi qrupu(Qulamhüseyn Əlibəyli, Vüqar Bayramov)tərəfindən hazırlanıb. Layihə ilə bağlı ictimai dinləmələr də artıq keçirilib.
Layihənin hazırlanması prosesində Neft Fondu, gəlirlərin idarə olunması, ölkə vətəndaşları və gələcək nəsillərin mənafeyi naminə neft və qazın kəşfiyyatı, bağlanmış sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlərin yığılması, səmərəli idarə olunması və bu fəaliyyətə nəzarətin təşkili kimi məsələlərə dair ən xırda detallar belə nəzərə alınıb. Layihə eyni zamanada Dövlət Neft Fondunun məqsədini, idarə olunmasını və statusunu müəyyənləşdirir.






25 Aprel, 2011  20:53 Baxılıb: 1301 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner