Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ÖMÜRLÜK MƏHBUSLAR 15 İL CƏZA İSTƏYİR

Onlar yenə prezidentə müraciət etdi

25 ömürlük məhbus prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Media forum” saytının məlumatına görə, məhbuslar yazır: “Hörmətli prezident! Bu yaxınlarda keçirdiyiniz iclasların birində qəti göstəriş verdiniz ki, haqsızlıqlara uğrayan hər bir vətəndaş müvafiq orqanlara müraciət etməlidir. Vaxtilə haqsız yerə ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlar olaraq qərara gəldik ki, bu çıxışınızı əsas götürərək sizə müraciət edək. Çünki sizdən əvvəl bütün hüquq orqanlarına, hətta Konstitusiya Məhkəməsinə şikayət etməyimizə baxmayaraq heç bir ölçü götürülməyib”.

Məhbuslar 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmünün ləğv olunduğunu xatırladaraq bildirirlər ki, qanun vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini də nəzərdə tutub. Ölüm cəzasının ləğvinə qədər bu hökm altında olmuş 128 məhkumdan hazırda 80-nin cəza çəkdiyini xatırladan məhbusların arqumentinə görə, onlara ömürlük həbs cəzası qeyri-məhkəmə qaydasında tətbiq edilib. Məhbuslar bildirir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipi və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin tələblərinə əsasən, onlara məhkəmə yolu ilə 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud uzağı 20 il azadlıqdan məhrumetmə cəzası verilməli idi.

Məhbuslar Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etdiyini xatırladıblar: “Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.

Ömürlük məhbusların müraciətində daha sonra deyilir: “ Cənab prezident! Səsimizi sizə çatdırmaq üçün çoxsaylı aclıq aksiyaları keçirmişik. Hər aksiyada insanı dəhşətə gətirən təzyiqlərə məruz qalmışıq, günahsız olaraq karsərə salınmışıq. Təəssüflər olsun ki, bu günə qədər öz konstitusion hüquqlarımızı bərpa edə bilməmişik.

Sizin 2006-cı il avqustun 17-də imzaladığınız “Dövlət qeydiyyatından keçmiş hüquqi-normativ aktların və normativ xarakterli aktların Azərbaycan Respublikası qanunvericiliyinə uyğunlaşdırılması” haqqında fərman əsasında 15 illik cəza probleminin həllinə nail olmaq mümkündür. İnanırıq ki, sizin müdaxiləniz olacaq, bizim problemimizin həlli üçün tezliklə müvafiq addımlar atılacaq”.






25 Aprel, 2011  20:11 Baxılıb: 2039 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner