Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəllimlər imtahan olunacaq

Təhsil Nazirliyi müəllimlərin orta məktəblərdə işə qəbulu ilə əlaqədar imtahan keçirəcək

Bu barədə APA-ya məlumat verən Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin baş məsləhətçisi Xəyyam Fərəcov bildirib ki, avqustun əvvəlində nazirliyin internet saytında müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin siyahısı açıqlanacaq. 

X. Fərəcov deyib ki, Azərbaycanın bütün ümumtəhsil məktəblərinə işə qəbul test vasitəsilə olacaq: “İxtisaslar üzrə imtahan günləri təyin olunacaq. Həmin gündə iş axtaran pedaqoqlar kompüterlə imtahan verəcəklər. Müəllimlər elə imtahan bitən kimi onun nəticələrini biləcəklər. Bu imtahanlarda məlumatlar dərhal serverə düşür, 1 saatdan sonra kimin hansı məktəbə düşdüyünü artıq proqram təyin edir”.

Nazirlik rəsmisinin sözlərinə görə, orta məktəblərdə vakant yerlər, əsasən, kənd məktəblərindədir: “Biz gənc mütəxəssislərin kənd məktəblərinə göndərilməsi üçün vakant yerlər haqqında ali məktəblərə məlumatlar veririk. Avqust ayının əvvəlində institutlar gənc mütəxəssisləri kənd məktəblərinə göndərdikdən sonra qalan vakant yerlər haqqında nazirliyə məlumat verəcək. Bu məlumat təhlil edildikdən sonra işə qəbulla bağlı artıq elan veriləcək”.

X. Fərəcov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu il aprelin 14-də verdiyi qərarla hazırda kənd məktəblərində dövlət sifarişinə uyğun işləyən gənc mütəxəssislər üçün həvəsləndirmə tədbirləri həyata keçirilir. Həmin tədbirlər əmək haqqının 2 misli həcmində yardım, kommunal xidmətlərin ödənişi üçün üç il müddətində hər ay 40 manat vəsaitin, rayon mərkəzindən 20 km məsafədə yerləşən orta məktəblərə işləmək üçün göndərilən gənclərə bunlarla yanaşı, əmək haqqından əlavə olaraq, 70 manat vəsaitin ödənilməsidir.






25 Aprel, 2011  20:03 Baxılıb: 2519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner