Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uzaq sahillərin qəhrəmanı - Mehdi Hüseynzadə

Sovet İttifaqı Qəhrəmanı, faşizmin kabusu, partizan, kəşfiyyatçı Mehdi Hənifə oğlu Hüseynzadənin doğum günüdür.

“Mixaylo” adı ilə tanınan bu qəhrəman ikinci dünya müharibəsi zamanı əsir düşsə də, oradan qaçaraq, Yuqoslaviya və  İtaliya partizan dəstələrinə qoşulub, “Vermaxt”a qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və diversiya əməliyyatlarını yerinə yetirib.

Müharibəyə qədər

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Müharibə

Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi orduya çağrılıb, 1942-ci ildə Tiflis Hərbi Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib. 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini mükəmməlləşdirib.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaradıb. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik dənizin sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partladıb. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olub, 110 nəfərdən çoxu ağır yaralanıb. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triest şəhərində alman hərbi xidmətçilərinin aşxanasını partladıb ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölüb və yaralanıb. Mixaylo, faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partladıb, Qaritsa səhərində faşist bankını talayıb və partizan dəstəsinə bir milyon manat pul gətirib.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomaşınını partladıb. Şimali İtaliyanın Udinə səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarıb. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıdıb.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılıb. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Haqqında

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaradıblar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilən "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir. Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilən “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaradıb.

Vüsal Qarayev







24 Dekabr, 2014  10:00 Baxılıb: 1765 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner