Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

COŞQUN VİLƏŞ "MEGUİAR'S" -İN RƏHBƏRİ OLDU - FOTO (R)

Şirkət Azərbaycanda da fəaliyyətə başladı

Müğənni Coşqun Viləş avtomobil sahəsində dünyaca tanınmış “Meguiar’s” şirkətinin Azərbaycandakı nümayəndəsi olub. Simsar-az saytının məlumatına görə, dünyada 1901-ci ildə yaradılan bu şirkətə Azərbaycanda məhz C.Viləş rəhbərlik edəcək. 

Məlumat üçün deyək ki, sözügedən şirkətin baş ofisi Amerikada yerləşir. Azərbaycanda ötən həftə sonu istifadəyə verilən “Meguiar’s” şirkəti avtomobil’ sahib olan paytaxt əhlinə maşın yuyulması və cilalanmasına xidmət edəcək.

Üç binadan ibarət olan “Meguiar’s” şirkətinin açılış mərasimində bu şirkətin Türkiyə üzrə dilleri Kərəm Başoğlu, satış üzrə meneceri Refayeddin Akça da iştirak edib. Qardaş ölkədə bu şirkətə rəhbərlik edən Kərəm Başoğlu, Azərbaycanın paytaxtında fəaliyyətə başlamalarından məmnunluğunu dilə gətirib.

Bu məsuliyyətli işi öz üzərinə götürən, müğənni kimi tanıdığımız C.Viləş də şirkət rəhbəri kimi fikirlərini bölüşüb: “Əslində mənim maşına çox böyük həvəsim var. Azərbaycanda bir neçə yerdə yuyuculuq var ki, gedib maşınımızı yuduzdururduq. Ancaq çox gözəl şəkildə təmizlənmirdi. Biz bir dəfə Türkiyədə səfərdə olan zaman mən “Meguiar’s”la tanış oldum. Dostumuzla gedib bu şirkətdə maşınlarımızı yuduzdurduq. Nəticə çox ürəyimizcə oldu. Əvvəl elə bildim bu, sadəcə bir xidmətdir, ancaq sonradan gördüm ki, burada hər şeyin öz dərmanı var. Təkərin, diskin, maşının içinin və çölünün hər birinin öz dərmanları mövcuddur. Qərar verdim ki, bu şirkəti Azərbaycanda açım və bu gündə açışılına yiğışmışıq”.

Şirkət rəhbəri qeyd edib ki, bu şirkətin Azərbaycanda da dillerliyini almaq üçün Amerikada və Türkiyədə bir sıra görülşər keçirilib: “Rəsmi dillerliyi biz burada aldıq və bu gün də qismət oldu ki, bu şirkəti burada açdıq. Bu şirkətin Azərbaycanda açılmasına təxminən bir il gedib. Orta bina burada əvvəldən var idi, amma sağ və sol hissədə bina tam hazır deyildi. Gördüyünüz bina şirkətin və bizim istəyimizə uyğun yenidən tikildi”. “Meguiar’s”da xidmət qiymətlərinə gəlincə C.Viləş bildirib ki, xidmətlər üçün təqdim olunan qiymətlər şəhər əhlinin cibinə uyğun müəyyənləşdirilib: “İstənilən vətəndaş gəlib maşınını burada yuduzdura bilər. Birinci dəfə bura gələn insan, ikinci gəlişində yanında dörd-beş maşınla gəlir. Keyfiyyət göz önündədir. Cilalanma, maşının yuyulması, motorun yuyulması, iç təmizlənmə hər bir xidmət burada var. Yəni maşın bərbad halda bizə gəlsə, zavod variantında şirkətdən çıxacaq. Maşının yuyulması – böyük maşınlar üçün 20-25 manat arasında, kiçik maşınlar üçün isə 15 manat civarındadır. Xərclədikləri pulun qarşılığını tam olaraq burada görəcəklər. Burada müştərilərimizin rahatlığını da düşünmüşük və onlar üçün xüsusi rahat yerlərimiz var. Orada əyləşib rahat şəkildə monitor vasitəsi ilə avtomobillərinin yuyulmasını izləyə bilərlər. Həmin ərəfədə onlara çay təqdim olunacaq. Eyni zamanda burada retoran da fəaliyyət göstərir”.

Aktyor kimi tanıdığımız Tərlan Nur Yaşar şirkətin satış üzrə müdiri vəzifəsinə təyin olunub. T.Nur Yaşar da paytaxt əhlinin ixtiyarına verilən bu şirkətdə olmağından məmnunluğunu vurğulayıb və insanlara yüksək səviyyədə xidmət göstərlicəyini vurğulayıb.

Azərbaycanda “Meguiar’s”ın açılış mərasimində C.Viləşin sənət dostları – əməkdar artist Ədalət Şükürov, Elariz Məmmədoğlu, Rəşad İlyasov, Emil Bədəlov, bəstəkar Vüqar Camalzadə, Kamal Cenk İçten, Karkaturaçılar Birliyinin sədri Bayram Hacızadə, aparıcı Səxavət Nur və başqaları qatılıblar. Mərasim iştirakçıları C.Viləş və T.Nur Yaşara təbriklərini çatdırıb, onlara uğurlar arzulayıblar.

“Meguiar’s”ın ünvanı: Babək pr. 27 B

Əlaqə nömrələri: +994(012)490 51 15

+994(051)998 04 64



Simsar.az

 






25 Aprel, 2011  16:42 Baxılıb: 2236 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner