Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD”ə ağır zərbə - Bərzani Sincarda qələbəni qeyd etdi

İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani peşmərəgnin “İŞİD” mühasirəsini yardığı Şenqal dağındakı əsgər və yezidilərlə baş çəkib.

Simsar.az xəbər verir ki, komandirlərlə görüşərək son durum haqqında məlumat alan Bərzani, daha sonra mətbuat konfransı keçirib.

“Sincar dağı üzərindəki “İŞİD” mühasirəsi tamamilə qırıldı” - deyən kürd lider, xalqını qələbə münasibətiylə təbrik edib: “Şenqal dağının zirvəsində kürdləri təbrik edirəm. Peşmərgə 24 saat içərisində Rabia-Şenqal və Zummar-Şenqal yolunda eyni adlı dağına çatmağı bacardlar. Bu tarixi bir zəfərdir”.

Bərzani peşmərgənin Bağdad hakimiyyətinin Mosulu geri amaq üçün başladacağı əməliyyata da dəstək verəcəyini bildirib: “İraq prezidenti Haydar əl-İbadi mənə zəng edərək, peşmərgələrin göstərdiyi qəhrəmanlığa görə təbrik etdi. “İŞİD”in bu qədər asan dağılacağını gözləmirdik. Peşmərgə qəhrəmanlıq göstərərək “İŞİD”ə lazımı dərsi verdi. “İŞİD” bölgəmizdən təmizlənir. Müharibə isə hələ uzun çəkəcək. “İŞİD”in buradan dağıdılması terror təşkilatının tamamilə yox olması demək deyil. Başqa yerlərdə hücuma keçə bilərlər. Biz kürdlər torpaqlarımızı hər zaman qorumağa davam edəcəyik. Bu terrorçuların əlində heç bir torpağımızı qoymayacağıq. Mosulu xilas etmək üçün də lazımı dəstəyi verməyə hazırıq”.

Qeyd edək ki, Sincar “İŞİD”in İraqdakı bazasına çevrilən Musul ilə təşkilatın Suriyada işğal etdiyi torpaqlar arasındakı əlaqələr üçün olduqca strateji mövqedir.

Vüsal Qarayev







22 Dekabr, 2014  09:08 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner