Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Həsən Seydbəylinin doğum günüdür

Azərbaycan kinosunun tarixində söhbət düşəndə Həsən Seyidbəylini xatırlamamaq olmaz. Onun yaradıcılığı çoxşaxəli idi. Həm dramaturq, həm ssenarist, həm də ictimai xadim kimi tarixə öz adını yazdıran bu işıqlı insanın bu gün doğum günüdür.

1920- ci ildə  dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərib. Azərbaycanın görkəmli şairlərindən C.Cabbarlı, H.Cavid, M.Müşviq, S.Vurğun və başqa ədiblərin söz səltənətindən bəhrələnib. Əsas arzusu, istəyi isə kinoya gəlmək, xəyalındakı qəhrəmanları ekrana gətirmək olub.

Buna görə də sənədlərini 1938-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutuna verib səs operatoru fakültəsində təhsil alır. 1943-cü ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Dünya şöhrətli kinorejissorlardan S.Eyzenşteynin, Q.Kozintsevin emalatxanasını bitirir,

"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963 - 1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifələrində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. Bir neçə kitabın müəllifidir. Filmləri ümumittifaq kino festivallarında priz və diplomlara layiq görülür.

Yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyli özünəməxsus yaradıcılığı ilə milli kinomuza yeni nəfəs gətirmişdi. Onun romantik əsərləri uzun müddət teatrların əsas repertuarına çevrilib, ədəbi-bədii keyfiyyətinə görə sonradan uğurlu ekran taleləri yaşamışlar. Dramaturqun əsərlərindəki səmimilik, sadə ekran qəhrəmanları oxucu kütləsinin böyük marağına səbəb olub.

Dramatik üslubda yaradıcılıq kredosunu təsdiqləyən Həsən Seyidbəylinin "Nəsimi" filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirdi.

Onun filmlərinin süjet xətti məna baxımından kəsərli, dinamik və maarifləndirici xarakter daşıyır. Aktyor seçməkdə mahir olan rejissor Həsən Seyidbəyli öz quruluşlarında zahiri təmtəraqlara üstünlük vermədən kiçik obrazları belə filmin aparıcı qüvvəsi kimi təqdim edirdi.

Onun filmlərinə uğur qazandıran əsas səbəblərdən biri də bədii kompozisiyanın təşkilindən əlavə rejissor traktovkasının qüsursuz və nizamlı olmasından ibarət idi. Ümumiyyətlə, XX əsrin ortalarından 80-ci illərə qədər çəkilən filmlərin böyük əksəriyyəti aqrar sahəni, yüngül sənayeni və bir sözlə ictimai-siyasi hadisələri təqdirəlayiq səviyyədə əks etdirdi.

Müharibə mövzusu bizim kinomuzda şablonsuz həyat həqiqətlərinə əsasən ekranlaşdırıldı, Azərbaycanın mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırıldı. Məsələn, "Bizim Cəbiş müəllim" filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur.

Onun müxtəlif illərdə qələmə aldığı "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xarici ölkələrdə səhnəyə qoyulub.  Müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edən "Kür sahillərində", "Bizim Astrada" "Telefonçu qız"povestləri, "Cəbhədən-cəbhəyə" "İllər keçir", "Tərsanə", "Çiçək" romanları, "Dəniz cəsurları sevir", "Sən nə üçün yaşayırsan" pyesləri bu gün də sevilərək oxunur.  Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuş"Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı əsasında çəkilən film bu gün də Azərbaycan tamaşaçısının yorulmadan izlədiyi filmlər sırasındadır.

 






22 Dekabr, 2014  09:00 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner