Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün “Şəbi-Yəlda” – ilin ən uzun gecəsidir

Qışın daxil olduğu gün 21 dekabr – “Şəbi-Yəlda” adlanır və ilin ən uzun gecəsi sayılır. Belə hesab edilir ki, Yəlda gecəsi qış daxil olur. Həmin gün həm də çillənin daxil olduğu və gecə ilə gündüzün bərabər olduğu gündür. Müsəlman ölkələrində Şəbi-Yəlda ən sevimli ailə bayramlarından biridir. “Şəbi-Yəlda” münasibəti ilə onlar qohumların və dostların görüşünə gedirlər. İranda və bir sıra müsəlman şərq ölkələrində ilin ən uzun gecəsinin yetişməsi münasibətilə mərasim keçirilir, süfrə açılır və sübhədək oyaq qalırlar. Bu bayramı Novruz bayramı kimi təntənəli şəkildə qeyd edirlər. Həmin gün hər kəsin süfrəsində müxtəlif adda meyvələr olmalı, xüsusilə də həmin gecə qarpız və ya boranı kəsilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın bəzi bölgələri də bu bayramı qeyd edirdilər.

 

Bəzi hallarda Şəbi-Yəlda dini təziyə saxlanılan Məhərrəm ayına təsadüf etdiyindən o, səs-küysüz qeyd edilir. Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir də öz “Üç yüz on doqquz Bə`d Həzar” şeirində də bu barədə belə yazmışdır:

 

O gecə bir qərib aləm idi,

Şəbiyəsidi, leyleyi qəm idi,

Küçələrdən hamı; nənarü, nənur

Qarışıb bir-birə ünasızükur.







21 Dekabr, 2014  09:55 Baxılıb: 1481 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner