Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putin dünyaya səsləndi

Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanlarının peşə bayramında etdiyi çıxışında maraqlı açıqlamalar verib.

Simsar.az-ın məlumatına görə, Putin Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara münasibət göstərərək bildirib ki, bu heç bir nəticə verməyəcək:

“Rusiyanı təcrid etmək heç kimə müyəssər olmayacaq. Bizi qorxutmaq da mümkün deyil. Tez-tez belə bəyanatlar səslənir ki, Rusiya müstəqil siyasətinə görə cəzalanmalıdır. Onlar Krımda, Sevestopolda öz vətəndaşlarımıza sahib çıxmamızdan narahatdırlar. Onlar bizim varlığımızı belə qəbul etmək istəmirlər. Dünyada vəziyyət stabillikdən çox uzaqdır. Təhlükə və risk artıb, beynəlxalq hüquq normalarına məhəl qoyulmur, hər şeyə əl atırlar. Şantaj, provokasiya, iqtisadi və informasiya təzyiqləri, ölkədəki radikal qüvvələrə yardım etməklə vəziyyəti gərginləşdirməyə cəhd edilir. Millətçi qruplara qucaq açırlar. Ölkənin daxilində vəziyyəti gərginləşdirmək istəyirlər. Bununla da başqa ölkələrə nəzarəti ələ keçirmək istəyirlər. XX əsrdə dəfələlərlə belə vəziyyətlə üzləşmişik. Ancaq onlar məqsədinə nail olabilməyiblər”.

Putin daha sonra kəşfiyyat orqanlarınn üzərinə düçən vəzifələri onlara xatırladıb: "Olkədə əcnəbi casusların sayı sürətlə artır. Xarici kəşfiyyat şəbəkəsi Rusiyada fəallaşır. Əks-kəşfiyyatdan son dərəcə dəqiqlik tələb olunur. Bu il təkcə əks-kəşfiyyatın xətti ilə 230 casus və xarici kəşfiyyata işləyən agent ifşa olunaraq həbs olunub”.

Rusiya prezidenti terrorizmə qarşı mübarizənin gücləndirilməsini də xüsusi xidmət orqanlarından tələb edib: “Bu il terrorla bağlı 60 hadisənin qarşısı alınıb. Onlardan 8-i terror aktı olub. Həmin hadisələrdə 46 terrorçu və ekstremist qrupun əli var”.







20 Dekabr, 2014  22:52 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner