Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda xarici sərmayələr artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici mənbələrdən əsas kapitala vəsait qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4,401 mlrd. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4,047 mlrd. manatı və ya 92%-i Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.

Belə ki, investisiyaların 1,425 mlrd. manatı və ya 32,4%-i Böyük Britaniya, 812,9 mln. manatı və ya 18,5%-i Norveç, 380,6 mln. manatı və ya 8,6%-i Türkiyə, 346,0 mln. manatı və ya 7,9%-i ABŞ, 300,8 mln. manatı və ya 6,8%-i Fransa, 267,2 mln. manatı və ya 6,1%-i İran, 267,2 mln. manatı və ya 6,1%-i Rusiya, 247,3 mln. manatı və ya 5,6%-i Yaponiya, 132,5 mln. manatı və ya 3%-i Çexiya və 38,6 mln. manatı və ya 0,9%-i Hindistan sərmayədarlarının payına düşüb.

Hesabat dövründə xarici investisiyaların həcmində Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) cəmi payı 5,1% təşkil edib. Belə ki, investisiyaların 114,7 mln. manatı və ya 2,6%-i Dünya Bankı, 62,9 mln. manatı və ya 1,4%-i Asiya İnkişaf Bankı, 3,2 mln. manatı və ya 0,1%-i EBRD üzrə olub.

Qeyd edək ki, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün cari ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14,693 mlrd. manat vəsait yönəldilib, onun 73,8%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,4% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 9,872 mlrd. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 4,822 mlrd. manat vəsait yönəldilib, ümumi sərmayənin 51,7%-i dövlət, 48,3%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,0%-ni təşkil edib, onun 70,2%-i dövlət bölməsinin payına düşüb.






20 Dekabr, 2014  16:34 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner