Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mıxla hazırlanan nöqtələr, meşə ağacından əldə edilən təbii rənglər – KƏLAĞAYI

Sənəti yuxudan oyatmaq lazımdır

Bu dəfə Azərbaycan mədəniyyətinin incisi hesab olunan kəlağayı haqda danışacağıq.

Öncəki günlərdə “Kəlağayım, əlvan örpəyim” adlı ölkəmizdə çox möhtəşəm sərgi keçirildi. Sərgidə bu milli sənət nümunəmizi yaşadan insanlarla təmas qurmaq şansım yarandı.

Uzun illər bu işlə məşğul olan basqallı Mürşüd dayı ilə söhbət etdim. O deyir ki, kəlağayı sənəti onlara nəsildən-nəslə keçib. Təəssüf ki, müasir nəsil artıq ənənəni davam etdirmir:

“Babamın 18 yaşı vardı, SSRİ-nin 50 illiyi münasibəti ilə kəlağayılar hazırlamışdı. O zamanlar ayağımızın altını çəkənlər çox idi. İcazəsiz getdiyi üçün babama iki il iş verdilər. Kişi çox çətinliklər gördü. Hətta qaçaq həyatı yaşadı. Babamı Basqalda təqib edirdilər. O da bütün bunlardan bezib Türkmənistana, ordan qovulduqdan sonra isə Tiflisə getdi. Orada da dinclik vermədilər, axır yenə də Basqala qayıtmalı oldu”.

Mürşüd dayı bildirir ki, o zamanlar indiki şərait olmayıb. İnsanlar milli adətlərini yaşatmaq üçün ciddi qadağalarla üz-üzə olublar: “Biz də gizlincə bu işlə məşğul olurduq. Hazırda nəslimizdə mən və bir də qardaşım bu işin davamçısıyıq. Bizdən sonrakı nəsilə isə bu sənət maraqlı deyil”.

Sənətin bütün əzablarını simasındakı qırışlarda gizlədən həmsöhbətimiz deyir ki, kəlağayıya pul mənbəyi kimi baxa bilmir.

Bu sənətə diqqətin azalmasını görmək isə onun üçün çox çətidir: “Milli sənətimizin bu nümunəsinin məhv olmaq təhlükəsi ilə üzləşib. Davamçılar çox azdır. Asiyalılar bu işə daha çox maraq göstərir.  Xüsusən də koreyalılardan. Onlar da sifariş verir. Amma bu sənət deyil. Sənətdə gərək öz ideyan və baxışın olsun”.

Həmsöhbətimiz deyir ki, işə günlərini sərf etmənə baxmayaraq, əziyyət qarşılıqsızdır: “Kəlağayının birini 20 manata satırıq. Sənəti yuxudan oyatmaq lazımdır. Sonuncu nəsil mənim yaşıdlarımdır. Mənim də 60 yaşım var”.

Mürşüd dayı ilə maraqlı söhbət əsnasında kəlağayının hazırlanması sirrlərini də öyrəndik.

Məlum oldu ki, bunun üçün xüsusi qəliblər var. Bu qəlblər əsasən  armud, söyüd, qoz ağacından oymalardır. Bunları naxışvari hazırlayıb ipək parçanın üzərinə qoyub rəngi atırlar. Arnamentlər  hazırlanarkən isə daha çox cır armud ağacından istifadə edilir.

Daha sonra bu qəlibləri qoyub rəngi tökürük. Bir kəlağayı üçün hazırlıq işləri ən azı bir gün vaxt tələb edir. Usta üçün hansı naxışın necə qəlibdən hazırlanmasını müəyyənləşdirmək asandır. Məsələn, oyulmuş taxtadan hazırlanan qəliblər də var, mıxlar vasitəsi ilə olan nöqtə görüntüsü verən qəliblər də.

Rənglər də təbii üsulla hazırlanır. Kəlağayını yuyarkən çox yüksək dərəcədən istifadə etmək məqsədəuyğundur. Bu kəlağayının ömrünü uzadır.

Rənglər isə meşə ağaclarından hazırlanır ki, onları da qaynadıb lazım olan effekti alırlar. Rəngi almaq üçün meşəyə gedib istifadə olunacaq rənglərə uyğun lazım olan ağaclardan hissələr yığıb isti suda qaynadılmalıdır. Daha sonra həmin rənglər dəmir və taxta qablara boşaldılır. Beləcə kəlağayı hazırlamaq üçün işə başlanılır.

Sərginin bələdçisi Rəna İbrahimbəyli isə bildirir ki, kələğayıların çeşidləri rəng, rənglərin ahəngi, naxış, kompozisiyasına görə fərqlənir. Şəki və İsmayıllı kəlağayıları xüsusiyyətlərinə görə fərqlənir.

R. İbrahimbəyli deyir ki, İsmayıllı, Şəki zonasında bu sənətə maraq daha çox olub. İndi zəmanə dəyişib və kəlağayı şərfə dəyişilib: “İndi müasir şərflər bağlayırlar. Milli mədəni nümunəmiz isə unudulur. Bunun səbəbini tapıb problemi həll etmək lazımdır. Demirik ki, başlarına örtsünlər, üstlərinə salıb bir formada istifadə etsinlər”.

Həmsöbətimiz söyləyir ki, Basqalda 150 yaşı olan kəlağayı da var.

Kəlağayı həm də qadın-kişi bərabərliyində bir alət olub: “Kəlağayı bir gender məsələsidir.

Sənəti pul xatrinə dəyərləndirməyənlər də var. Bu sənətlə yaşayıb, ölənlər də... Elə Mürşüd dayının babası kimi, baş daşında da kəlağayı arnamentləri əks olunub.

Nigar Məhərrəm

 

 

 

 

 

 

 

 

 

 

 

 






20 Dekabr, 2014  15:30 Baxılıb: 2424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner