Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhkumlar üçün əlavə imkanlar - QAYDA

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin səlahiyyətləri genişləndirilib. Bu barədə Trend-ə İctimai Komitənin üzvü Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komitənin növbəti iclasında ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, İctimai Komitənin fəaliyyəti ilə bağlı qaydalara dəyişiklik edilib, qurumun əsasnaməsi "İctimai iştirakçılıq haqqında" qanuna uyğunlaşdırılıb.

Bu dəyişikliyə əsasən, Komitə üzvlərinin səlahiyyət müddəti daha bir il artırılaraq iki il olub.

İclasda dəyişikliklər barədə məlumat verən F.Məmmədov nəzərə çatdırıb ki, bundan sonra İctimai Komitə Ədliyyə Nazirliyinin bütün fəaliyyət sahələrində ictimai nəzarəti həyata keçirə biləcək. Eləcə də nazirliyə aid məsələlərdə qərar qəbuletmə prosesində iştirak etmək səlahiyyətlərinə malik olacaq. Bu, artıq normativ sənədlə tənzimlənəcək.

İclasda həmçinin İctimai Komitənin bütün üzvlərinə vəsiqələr təqdim olunub. Bu vəsiqələrlə komitə üzvləri cəzaçəkmə müəssisələrinə maneəsiz baş çəkə biləcəklər.

S.Məmmədov bildirib ki, iclasda cəza sistemindəki vəziyyətin yaxşılaşdırılması, yeni tikilən cəzaçəkmə müəssisələrində əlilliyi olan şəxslərə müvafiq infrastrukturların yaradılması, məqsədli dezinformasiyaların yayılmasının qarşısının alınması və s. məsələlərlə bağlı müzakirələr aparılıb, "Cəzaçəkmə sistemində ictimai nəzarətin Azərbaycan modeli" adlı beynəlxalq konfransın keçirilməsi təklif olunub və bu təklif müsbət qarşılanıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə 8 ildir fəaliyyət göstərir.






20 Dekabr, 2014  14:52 Baxılıb: 620 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner