Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Mixaylo"nun məzarı qarşısında mərasim - FOTO

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyanadakı ofisinin təşəbbüsü ilə İkinci Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman faşizminə qarşı döyüşən Azərbaycan, Sloveniya, Xorvatiya və İtaliya partizanlarının xatirəsi anılıb. "Report"un məlumatına görə, tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov və Xorvatiyadakı səfir Kamil Xasiyevin başçılığı ilə nümayəndə heyətləri, İtaliyadakı səfirliyimizin təmsilçiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, Sloveniya keçmiş müdafiə naziri Roman Yakiç, Nova Qoritsa şəhərinin meri Matey Arçon, şəhərin yerli deputatları, Sloveniyada akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin tanınmış şəxsləri və dörd ölkədən olan qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər azərbaycanlıların hər zaman digər xalqların çətin vaxtlarında onlara dəstək göstərdiyini, övladlarımızın bəşəriyyətin bundan sonra da azad yaşaması üçün öz töhfələrini verməyə hazır olduğunu vurğulayıblar. Bildirilib ki, burada müxtəlif ölkələrdən qəhrəmancasına həlak olan və eyni məzarlıqlarda uyuyan döyüşçülərin rəşadəti ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinə bariz nümunədir. Bu kimi tədbirlərin gənc nəsillərin vətənpərvər ruhda böyüməsi üçün böyük önəm daşıdığı qeyd edilib.

Eyni zamanda tədbir çərçivəsində Azərbaycan-Sloveniya və Azərbaycan-Xorvatiya dostluq cəmiyyətləri arasında gələcəkdə birgə əməkdaşlığın daha səmərəli və düzgün məcrada aparılması məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tədbir çərçivəsində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo) dəfn edildiyi məzarlıq və onun xatirəsinə həsr edilmiş muzey ziyarət edilərək, Azərbaycan səfirlikləri və ARDNŞ-in nümayəndəliyi adından əklillər qoyulub. Tədbir iştirakçıları bu görüşün yaddaşlarda qalması məqsədilə Şempas qəsəbəsində yerləşən muzeyin önündəki və Mehdi Hüseynzadənin heykəli ətrafında, həmçinin Nova Qoritsa şəhər meriyasının önündəki parkda xatirə ağacları əkiblər.

Tədbirin ikinci hissəsi Nova Qoritsada yerləşən Perla mehmanxanasının böyük zalında keçirilib. İştirakçıların diqqətinə Azərbaycan –Sloveniya birgə istehsalı olan “IX korpus” və “Təxəllüsü Mixaylo idi” adlı qısametrajlı sənədli filmlər və eləcə də Azərbaycan haqqında promo–videolar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan musiqiləri səslənib və qonaqlara milli mətbəx nümunələri təqdim olunub.






20 Dekabr, 2014  14:06 Baxılıb: 630 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner