Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ən yadda qalan Nobel qalmaqalları

Nobel mükafatları 1901- ci ildən verilməyə başladığından bəri bir çox qalmaqala səbəb olub.  Bu qalmaqallar müxtəlif səbəblərlə yadda qalıb: Siyasət, paxıllıq, görməmişlik, hirs, qadağa, sevgi!  Tarixə nəzə salaraq keçmiş Nobel qalmaqallarını sizə təqdim edirik.

1901- ci ildə ilk Nobel mükafatı keçmiş üçün darıxan, geri fikirli fransız şairi Sulli Pdrudhomma verilir. Çılğına dönən 42 isveçrəli incəsənət adamı İsveç Akademiyasını şiddətlə qınayır. Onların fikrincə mükafat yeni yaradıcılıq müçayiş etdirən Lev Tolstoya verilməlidir.

1908-ci ildə ədəbiyyat mükfatı Alman filosofu Rudolf  Eykenə verilir. Ancaq problem, bu imzanın o zamana qədər heç kimin tanımaması olub. Daha sonra bu seçimin, İsveç Akademiyasında iki rəqib qrup arasındakı razılaşma nəticəsində həyata keçirildiyi ortaya çıxır. Ancaq bu  razılaşmanı bəyəndiyini söyləyən bir nəfər Tanrı qulu tapılmır.

1911- ci ildə Maria Küri kimya mükafatını alır. Ancaq mükafatın təqdim etmə mərasimindən qısa müddət əvvəl evil olan həmkarı Paul Langevin ilə eqşbazlıq etdiyi ortaya çıxır. Langevinin xəyanətə uğrayan həyat yoldaşı xəbəri Fransız mətbuatına sızdırır və ortalıq əməlli basil qarışır. Mükafat verən və üzvlərinin hamısı kişilərdən ibarət olan Akademiya,  Maria Küriyə evində oturub,  mükafatı almağa gəlməməsini üçün tənbeh edib. Buna baxmayaraq Küri mərasimə gəlmiş və böyük bir izdihama səbəb olmuşdu.

1919-cu ildə kimya mükafatı, müasir kənd təsərrüfatında istifadə olunana gübrənin təkibi olan kükürt sintezini həyata keçirən Alman Fritz Haberə verilir. O ana qədər hər şey yolunda getmişdi. Amma eyni zamanda sən demə Fritz Haber Birinci Dünya Müharibəsi zamanı istifadə edilən zəhərli qazları də kəşf edib. Üstəlik Mütəfffiq Güclər mükafatının ona verildiyini eşidəndə çılğına dönüb.

1920-ci ildə norveçli yazıçı Knut Hamsun Nobel mükafatını almasının  sevinciylə sərxoş olur. Ənənəvi Nobel ziyafətindən sonra Stokholmda qaldığı Qrand Hotelə sərxoş vəziyyətdə qayıtdığı zaman həm Nobel mükafatını, həm də mükafatın çekini liftdə unudur.

1936-cı ildə Alman jurnalisti  Karl von Ossietzky sülh mükafatı alır. Hitler bundan hiddətlənir və almanların Nobel mükafatlarını qəbul etməyə qadağa qoyur. Jurnalistin kitabları toplanaraq meydanda yandırılır. Özü isə işçi düşərgəsinə göndərilir və 1938- ci ildə orda ölür.

1949-cu ildə Portuqaliyalı həkim Antonio Eqaz Moniz müalicə üsulu “lobotomy” ni kəşf etdiyi üçün tibbi mükafatı alır. Beyin əməliyyatlarına müdaxilə ilə psixoloji xəstəlikləri aradan qaldırmağa xidmət edən bu üsul sonralar tibb elminin ən pis qoxuyan zibilliyinə atılır.

1958-ci ildə “Doktor Civaqo”nun yazarı Boris Pasternaka ədəbiyyat mükafatı verilir. Ancaq Pasternak o zamankı sovet hakimiyyətinin istəyi ilə mükafatı qəbul etməmək məcburiyyətində qalır.

1964-cü ildə Jan Pol Sartır  ədəbiyyat mükafatına layiq görülür. Ancaq öz istəyi ilə bu mükafatdan imtina edir. Deyilənlərə görə sonradan peşman olur və mükafat pulunu almaq istəyir. Amma Sartrın bu istəyi cavabsız qalır.

1970-ci ildə daha bir ədəbiyyat mükafatı alan Aleksandr Solzhentsn sovet hakimiyyəti tərəfindən mükafatı almaq üçün İsveçə gedərsə yenidən ölkəyə qayıda bilməyəcəyi ilə hədələyir. Bir il sonra yazar Sovet Yazıçılar Birliyinin üzvlüyümdən çıxarılaraq xalq düşməni elan edilir. Yazar İsveç Akademiyası ilə əlaqə saxlayıb mükafatın ona İsveçin Moskva səfirliyində verilməsini təklif edir. İsveç höküməti buna razı olmadıqda mədəniyyət mühiti tərəfindən “qorxaqlıq”la günahlandırılmış və şiddətli tənqid edilmişdi. Bütün çətinliklərə baxmayaraq yazar 1974-cü ildə İsveçə gedərək mükafatını alıb.

1973-cü ildə sülh mükafatına iki can düşmanı Henri Kissinger və Le Duc Tu layiq görülür. Tu mükafatdan imtina edir. Onun etdiyi bu jest isə aralarındakı müharibənin bitməsinə səbəb olur.

1974- cü ildə İsveçli yazarlar Eyvind Conson  və Hari Martinson ədəbiyyat mükafatını bölüşdülər. Amma bir problem var idi: Hər ikisi də mükafat verən İsveç Akademiyasının üzvləri idi. Gərgin mübahisələrin sonu heç cür gəlmək bilmədi.

1992-ci ildə zamanının İsveç Mədəniyyət naziri Birgit Friggebo mükafat təqdimat mərasiminə sonradan haqqında çox bəhs ediləcək dekolte bir libasla qattılır. Dekoltenin cəsarətliliyi görənlərin fantaziyalarını işə salmalarına səbəb olur.

2003- cü ildə Maqnet intibah kamerasını kəşf edən Raymond Damadian ona mükafat verilmədiyi üçün, şalvarının ciblərində yumruqlarını xısmaq əvəzinə, yüz minlərlə dollar ödəyərək “New York Times”, “Washington Post” ve “Los Angeles Times” qəzetlərində bütöv səhifədə elanlar vermişdi. Elanlarda tərs üzünə çevirilmiş bir Nobel medalı və altında bu yazı vardı: “Utanılacaq  xəta! Düzəltmək lazımdır!”

2003- cü ildə dövrünün social demokrat baş naziri Göran Persson, Nobel ziyafəti boyu dayanmadan mobil telefonu ilə danışır. Dünyanın ən ləziz süfrəsində göstərdiyi bu  qeyri-atik hərəkətini sonradan: “Məcbur idim” deyə müdafiə etdi.

2007-ci ildə
dörd il sonra eyni süfrədə bu dəfə mühafizəakr partiyalı nazir Fredrik Reinfeldt barmaqlarını yalayıb və “OOOO. Yetər artıq”  reaksiyaları alıb.

Hazırladı Günel Musa







20 Dekabr, 2014  14:15 Baxılıb: 1360 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner