Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Nəqliyyat Nazirliyinin "qoçu"ları sürücünü döydülər - VİDEO

Nəqliyyat Nazirliyinin qoçuları yenidən "iş başında"dır.

Qaynar.info xəbər verir ki, dekabrın 19-da metronun 20 yanvar stansiyası yaxınlığında Nəqliyyat Nazirliyinin 2 mülki geyimli işçisi daha bir sürücünü amansızcasına döyüblər.

Sürücü Məmmədov Anar Elxan oğlu Qaynar.info-ya hadisənin necə baş verdiyini danışıb.

Onun sözlərinə görə, axşam olduğundan şəxsi maşınında yaxın bir qohumunu gözləyirmiş: "Bu an iki mülki geyimli şəxs maşınıma yaxınlaşaraq sənədləri istədilər. Mən onlara kim olduqlarını və niyə onlara sənəd verməli olduğumu soruşdum. Maşının böyründə olan digər şəxs qapını açaraq içəri girdi və mənə hədə-qorxu gəlməyə başladılar. Amma mən sənədlərimi verməkdən imtina etdim. Həmin an üstümə hücum etdilər. Biri mənim qolumu burub, yerə yıxdı, digəri isə maşından sənədləri götürüb qaçdı. Mən başa düşə bilmirəm bunun adı nədir? Axı hansı qanunda belə bir şey yazılıb. Bu Nəqliyyat Nazirliyi niyə ölkədə qarşudurma yaratmaq istəyir? Bunlara bir dur deyən tapılmayacaq? Mən taksi şoferi deyiləm ki, kimsə məndən sənəd istəsin. Hətta taksi şoferi olsam belə, mülki geyimdə kiminsə sənədi götürüb bu cür qaçması qanunsuzluqdur".

Sürücü onu da dedi ki, polisə müraciət edib. Ona hücum edən şəxslər cəzalandırılmayana kimi bu işdən əl çəkməyəcək.

Ətrafda olan insanlar da hadisəni bu cür baş verdiyini təsdiq etdilər.






20 Dekabr, 2014  13:23 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner