Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Çörəyi sudan çıxanlar - “MOYŞİKLƏR” - FOTOREPORTAJ

Deyirlər onların pulu sudan çıxır, suyu isə od qiymətinə satırlar. Amma “moyşik”lərin özləri ilə söhbət etdikdən sonra bu deyilənlərin o qədər də sadə olmadığı ortaya çıxdı.

“Qardaş, onu deyən oğlan gəlsin qışın şaxtasında gündə 15 maşın yusun, əli-ayağı suyun içində, sonra danışsın” deyən Samir adlı avtomobil yuyan 6 ildir bu sahədə işlədiyini söyləyir. Öz dili ilə desək peşəkar “moyşikdir”.

Yenicə ailə həyatı qurub və deyir “moyşik”lik çətin işdir, xüsusi ilə qışda: “Sən asan iş, asan çörək qazanmaq görmüsən? Var ee, o zənginlərə aiddir. Bizim çörəyimiz zəhmətdən çıxır. Gərək özünü qoruyasan. Yoxsa bu işdə tez xəstələnərsən. Bax üst-üstə 3 şalvar, 2 corab geyinmişəm ki, soyuq dəyməsin”.

Orta məktəbi bitirdikdən sonra bir neçə sahədə özünü sınasa da sonunda özünü bu işdə tapan Samir, dolanışığından narazı deyil. Qazanc məsələsinə gəlincə isə, biznes sirri olduğunu deyib, bu barədə danışmaq istmədi: “Dolanışığım pis deyil. Amma nə qədər qazandığımı demək istəmirəm. Şükür, zəhmət çəksəm də ailəmi dolandırıram, narazı deyiləm. Əsas odu oğurluq etmə, harama əl uzatma”.

Təcrübəli yuyucu deyir ki, bu işdə də gərək peşəkar olasan, işini ürəklə görəsən ki, müştəri toplaya, daimi qazana biləsən: “Başdan getdi iş görsən müştəri bir də sənin yanına gəlməz. Gərək incə, həssas işləyəsən”.

“Müştərilər səndən razıdırmı?” soruşduqda isə o, “bunu onlardan soruşun” dedi.

“İşin təmizliyi mənim üçün çox önəmlidir. Amma müştəri ilə ünsiyyət, davranış da vacib məsələdir” – bunu da müştəri deyir: “Məni bura çəkən təmiz işlə yanaşı, həmçinin Samirin ünsiyyətçil, mehriban olması, müştəriyə hörmətlə yanaşmasıdır. Bəzi yerlərə gedirsən, elə bil sən onlara yalvarmalısan ki, gəl mənim maşınımı yu. Nə qədər yaxşı işləsələr də, pis sifət gördüyüm yerə bir daha getmərəm. Amma burda həmişə gülərüz, xoş ünsiyyət görürəm, çay da təklif edirlər, oturub söhbət edirlər. Ona görə də illərdir ki, bura gəlirəm”.

Samir bu işdə yaş məhdudiyyətinin olmadığını, əksinə təcrübəli işçilərin daha təmiz iş gördüklərini deyir: “Bu işdə 60-yaşdan yuxarı insanlar da tanıyıram. Onlar əksinə cavanlardan daha cəld, daha təmiz işləyirlər. Amma mənim də yaşım gənc olsa da, təcrübəliyəm, neçə illərdir ki, bu işlə məşğulam”.

Əlində işləri çox olduğundan Samirə çox mane olmaq istmədim, Allahdan bu zəhmətsevər insana ruzi-bərəkət diləyib, “moyka”dan ayrıldım.

Vüsal Qarayev






20 Dekabr, 2014  12:00 Baxılıb: 7446 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner