Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Sudan Parlamentinin Xariсi Əlaqələr Komitəsinin rəhbəri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Sudan Parlamentinin Xarici Əlaqələr komitəsinin rəhbəri, Nyala Universiteti Şurasının prezidenti Mohamed Yousif Abdullah ilə görüşüb. Görüşdə deputat Xocalı Soyqırımının qəbulu üçün təşəkkür edib. Qeyd edək  ki,” bu ilin sentyabr ayında  Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib. Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib. Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir”. Millət vəkili bu qərarın qəbulundə Mohamed Yousif Abdullahın rəhbərlik etdiyi Xariсi Əlaqələr Komitəsinin və şəxsən cənab Abdullahın özünün böyük rol oynadığını xüsusi vurğulayaraq sizə öz adımdan, bütün Xocalılar və bütün azərbaycanlılar adından ədalətin yanında olduğunuz üçün təşəkkür edirəm deyib.  Görüş zamanı millət vəkili Qənirə Paşayeva xarici əlaqələr komitəsinin sədrinə Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün  Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən  pozulmaqda  davam etməsi  barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı Sudan parlamentariləri kimi  öz etiraz səslərini  ucaltmalı,  Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar deyib.  Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Xariсi Əlaqələr Komitəsinin rəhbəri Mohamed Yousif Abdullah  Azərbaycanla  bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin daha da artacağını deyib. Görüşün sonunda Qənirə Paşayeva Xariсi Əlaqələr Komitəsinin rəhbəri Mohamed Yousif Abdullaha rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.







20 Dekabr, 2014  11:00 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner