Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

79 mehmanxanaya lisenziya verildi

2014-cü il ərzində Azərbaycanda 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilib.

Simsar.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda nazirlik tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.

2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən, otaqların sayı 16.876 (keçən ilin analoji dövrü ilə müqayisədə 7,1% artıq), birdəfəlik tutum isə 34.731 (keçən ilin analoji dövrü ilə müqayisədə 6,1% artıq) olub.

Mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan işçilərin sayı 8.118 nəfər olub ki, bu keçən ilin analoji dövrü ilə müqayisədə (7.668 nəfər) 5,9% çoxdur. 2014-cü ilin I yarısı ərzində göstərilən mehmanxana xidmətinin satışından əldə olunan gəlirisə təqribən 80 milyon manat təşkil edib.

Eyni zamanda, qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırılır ki, məhz yanğın təhlükəsizlik qaydalara riayət edən və sanitar-epidemioloji baxımından yoxlanılaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş və lisenziya müddətiqüvvədə olan obyektlərin xidmətindən istifadə etsinlər.

Son illər ölkəmizə gələn xarici turistlərin sayının artması, turizm sahəsinə yerli və xarici sahibkarlar tərəfindən qoyulan investisiyalar və digər infrastruktur obyektlərin istismarı turizm bazarının inkişafına səbəb olur.

Mehmanxana və mehmanxana tipli obyektlər turizm bazarının formalaşmasında və inkişafında böyük rol oynayır. Dünyanın bir çox brend ("FourSeasons", "Fairmont", "Kempinski", "Marriott", "Hilton", "Sheraton", "Jumeirah", "Excelsior", "Hyatt" və "Rixos") mehmanxana şəbəkələri artıq Azərbaycanda öz fəaliyyətlərini davam etdirirlər.

Bununla yanaşı, ölkəmizdə mehmanxana təsərrüfatının inkişafı, yerli sahibkarların bu sahəyə diqqəti və marağı nəticəsində yerli mehmanxana şəbəkələrinin formalaşmasına səbəb olur. Misal olaraq, Bakı şəhəri və respublikamızın regionlarında "Qafqaz" yerli brend adı iləfəaliyyət göstərən mehmanxanaları göstərmək olar.

Hazırda ölkə ərazisində 40-a yaxın mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi davam etdirilir.

Vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindənturizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.






19 Dekabr, 2014  20:35 Baxılıb: 582 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner