Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Türk xalqlarının tarixi mirasları birgə qorunmalıdır”

Simsar.az mct.gov.az-a istinadən xəbər verir ki, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyətlərini qəbul edib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi heyəti səmimi salamlayan nazir Bakıda keçirilən iclasın önəmli olduğunu, UNESCO və TÜRKSOY-u birləşdirən amallara xidmət etdiyini bildirdi: "Ölkəmiz bu gün UNESCO səviyyəsində yubileylər, musiqi festivalları, bayram tədbirləri kimi maraqlı layihələr həyata keçirir. Ötən il Azərbaycanda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Komitəsinin toplantısı gerçəkləşdi və bu toplantıya rəhbərlik etmək mənə qismət oldu".

TÜRKSOY-a üzv ölkələrin UNESCO ilə əlaqələrindən söz açan nazir qeyd etdi ki, bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirilməli, birgə əməkdaşlıq məsələləri üzərində işlər aparılmalıdır.

Əbülfəs Qarayev Heydər Əliyev Fondunun Azərbaycan-UNESCO əlaqələrinə verdiyi töhfələr haqqında qonaqlara məlumat verib. Bildirib ki, ötən il qurumun fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan dövləti tərəfindən UNESCO-nun hesabına vəsait köçürülüb: "Bu vəsait bizim təqdim etdiyimiz layihə, o cümlədən türk dünyasının mədəni və qeyri-maddi irsinin qorunub saxlanmasına xərclənəcək. Hesab edirik ki, bu, düzgün bir addımdır. TÜRKSOY-la uzunmüddətli əlaqələr də öz bəhrəsini verir. Təşkilatın 20 ildən artıq fəaliyyəti dövründə bu əlaqələr daim inkişafdadır. Dekabrı Azərbaycanda TÜRKSOY ayı da adlandırmaq olar. Çünki ay ərzində Bakıda təşkilatın bir sıra tədbirləri həyata keçirildi".

TÜRKSOY-la əməkdaşlığın davamlı olacağını diqqətə çatdıran nazir bildirdi ki, hər bir xalq öz kökünün müqəddəsliyini qoruyub saxlamaq istəyir: "Buna görə də biz səylərimizi birləşdirib türksoylu ölkələrin mədəni irsinin qorunmasında birgə addımlamalı və müştərək layihələr təqdim etməliyik. Biz razı ola bilmərik ki, tarix və mədəniyyətimizə özgələr sahib çıxsın. Bizi nə birləşdirir? Kökümüz, dinimiz, mədəniyyətimiz, tariximiz, dilimiz. Bütün xalqlara məxsus eyni qəhrəman, eyni adət-ənənələr və bunlar da bizi birləşdirən əsas faktorlardır. Ümumi fəxrimiz olan sahələr üzərində birgə çıxışlarımız və onların qorunmasında həmrəy olmağımız mütləqdir".

UNESCO-nun son iclasında Türkiyə və Qırğızıstanın yekdil olaraq Azərbaycanı dəstəklənməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev buna görə nümayəndə heyətlərinə təşəkkürünü bildirdi. Türk xalqlarının tarixi miraslarının birgə qorunmasının əsas məsələ olduğunu vurğuladı, milli komitələrə daha fəal mövqe tutmaq yolunda uğurlar arzuladı.

Qonaqlar səmimi qəbula görə nazirə minnətdarlıqlarını bildirdilər. İclasın keçirilməsində göstərilən diqqət və qayğıya görə bir daha ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.

Nigar Məhərrəm






19 Dekabr, 2014  19:26 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner