Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

3 040 şagird turlara qatıldı

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmin təbliği və vətənpərvərlik ruhunda böyüməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər görülüb.

Simsar.az mct.gov.az-a istinadən xəbər verir ki, bu cür tədbirlərdən biri kimi 2014-cü ilin avqust-sentyabr və noyabr aylarında ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdlərinin maarifləndirilməsi üçün həyata keçirilmiş "Ölkəmizi tanıyaq" turlarını xüsusi olaraq qeyd etmək olar. Turlarda ümumilikdə 3 040 şagird iştirak edib.

Bu ilin noyabrın 15-də Bakıda, ticarət mərkəzlərinin birində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ilk dəfə olaraq birinci "Mövsüm Səyahət Yarmarkası" təşkil olunub.

Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif edib. Tədbir zamanı turizm sənayesi nümayəndələri təxminən 5 000 nəfərə öz xidmət və məhsulları barədə məlumat verib.

Ölkənin qərb bölgəsində məskunlaşmış almanların qoyduğu izləri "Azərbaycanda alman yaşayış məskənləri", eləcə də "Qədim Qafqaz Albaniyasının tarixi izləri" mədəni turizm marşrutları vasitəsilə təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını tanıtmaq məqsədilə cari ilin 10-12 oktyabr tarixlərində "Azərbaycanda Alman məskənləri" və "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilib.

2014-cü ilin mayın 20-21-də Azərbaycanda akkreditasiyadan keçən 28 ölkənin diplomatik nümayəndələrini Şimal (Quba-Qusar) marşrutu üzrə, həmçinin, 4-5 noyabr tarixlərində isə 27 ölkənin diplomatik nümayəndələrini Şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur olub.

Nigar Məhərrəm







19 Dekabr, 2014  14:25 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner