Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Həmin yataqlardan nefti hasil etmək mümkün deyil” - Xoşbəxt Yusifzadə

“Bu vaxta qədər təxminən 1 mlrd ton neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda neft ehtiyatımız var”.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə Alimlərin birinci Qurultayındakı  çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda quru sahələrdə olan həmin yataqlardan nefti hasil etmək mümkün deyil. Çünki texnologiya buna imkan vermir: “İnanıram ki, AMEA-nın alimləri bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər”.

Müasir texnologiyaların neft çıxarılmasında tətbiqinə toxunan X. Yusifzadə bu sahədə yeni imkanlardan istifadə etdiklərini də deyib: “Nanotexnologiyaları tam başa düşməsək də, ondan istifadə etməliyik. Neft sənayesində də nanotexnologiyanı yaxşı tətbiq edirik. Bu işləri daha da genişləndirməliyik. Bu yaxınlarda təsadüfən qaz-kondensat yataqları kəşf etdik. Bu yataqlar 6-7 min dərinlikdə yerləşir. Lakin neftin yığılması üçün belə şərait yoxdur”.

Vitse-prezidentin sözlərinə görə, Şahdəniz qaz kondensat yatağında 1 trilyon kub-metr qaz ehtiyatı, 240 milyon ton qaz-neft kondensatı var: “Təmiz neft yataqlarının kəşvi mütləq lazımdır. Bunun üçün dənizdə imkan yoxdursa, quruya qayıtmalıyıq. Sovet dövründə bəzi yerlərdə yaxşı neft çıxarılırdı. Amma bu gün sənaye miqyasında oradan neft almamışıq. Texnikanın inkişafı ilə bu məsələlərə özümüz fikir verməliyik”.

Aysel Kərimova







19 Dekabr, 2014  14:16 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner