Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Şaxta Babasız qala bilər – RƏSMİ AÇIQLAMA

“Şaxta Baba və Qar Qız olmaq üçün doqquz müraciət daxil olub. Qarşıda hələ on gün var. Ötən illərin təcrübəsinə əsasən demək olar ki, müraciətlər son günlərdə artır. Növbəti həftənin ilk günlərindən etibarən icazələri verəcəyik”.

Bunu Simsar.az-a Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Ə. Bağırov bildirib ki, ötən illərlə müqayisədə Şaxta Baba və Qar Qız olmaq üçün müraciətlər azalıb: “Ötən il təxminən 27, ondan öncəki il isə 50-yə yaxın Şaxta Baba və Qar Qızımız vardı. Müraciətlərin azalmasının səbəbini araşdırırıq. İlkin səbəbin yəqin ki, şəhərdən kənarda parklara və bağlara axının olmasıdır. Çünki bu yerlərdə fəaliyyət göstərmək üçün onlar bizdən icazə almır. Belə olan halda isə dövlət büdcəsinə gəlir gəlmir. Rəsmi icazə alanlar sağlamlıq arayışını təqdim edərək 60 manat rüsum ödəyirlər. Gündəlik əldə etdikləri qazanc isə özlərinə qalır. Əsasən də foto çəkilişlərdən pul əldə edirlər. Bu da bir ticarət fəaliyyətidir. Amma yaxşı olardı ki, şəhərdən kənar yerlərdə də rəsmi formada icazə alınsın”.

Ə. Bağırov deyib ki, Dənizkənarı Milli Parkda fəaliyyət üçün icazənin olması mütləqdir: “Dənizkənarı Park bizim ərazi hesab olunmasa da orada da Şaxta Baba və Qar Qızların fəaliyyəti üçün icazəmiz mütləqdir. Çünki dövlət büdcəsinə də bu iş təsirini göstərməlidir. Kim necə, harda gəldi bu işlə məşğul olsa xaos yaranar”.

Ə. Bağırov iş rejimində məhdudiyyətlərin olub-olmamasından da söz açıb. Onun sözlərinə görə, iş rejimi sərbəstdir. Bir də balacaların əylənməsi üçün ünsiyyətcil və şən olmaları əsasdır.

Qeyd edək ki, Şaxta Baba və Qar Qızları yanvarın 13-dək şəhərimizin müxtəlif yerlərində görə biləcəyik.







19 Dekabr, 2014  13:09 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner