Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mikayıl Cabbarov Akif Əlizadəyə cavab verdi: “Elmi tədqiqatların keyfiyyəti artırılmalıdır”

“Bir çox universitetlərdə elmi işlər müasir tələblərə, beynəlxalq standartlara uyğun gəlmir. Elmlə istehsalat arasında əlaqə itmək üzrədir. Düşünürəm ki, elmin müasir prioritet istiqamət sahələri müəyyənləşdirilməlidir. Alimlərimiz təkcə ali təhsillə kifayətlənməyib, orta təhsildə də çalışmalıdır. Bu istiqamətdə təklifləri gözləyirik”.

Simsar.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin birinci Qurultayında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, elm sahəsinin nüfuzunun artması üçün tədqiqatların keyfiyyəti artırlamlıdır:

“Ali təhsil müəssisəsi, institutların bazası gücləndirilməlidir. Xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. 2008-ci ildən bu günə qədər xarici jurnallarda dərc edilən məqalələrin sayı 3.5 dəfə artıb. Lakin bu sahədə vəziyyət ürəkaçan deyil”.

İstənilən ölkənin inkişafı, təbii sərvətlər deyil, bilik iqtisadiyyatı müəyyən etdiyini deyən nazir bütün elmlərin bünövrəsi təhsillə qoyulduğunu deyib:

“Təhsilsiz elm inkişaf etmədiyi ki, elmsiz də təhsil ola bilməz. İnanırıq ki, “Azərbaycan 2020-Gələcəyə baxış” Dövlət Strategiyası təhsilin inkişafına, səmərəli təhsil, elmin maliyyələşməsinə imkan verəcək. Araşdırmalar göstərir ki, elmin yarıdan çoxu praktikada istifadə edilmir. Bu baxımdan Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən birinin AMEA-nın baza məktəbi olması müsbət addım hesab edilə bilər. Elmi potensialın qorunması qarşımızda duran əsas vəzifədir. Ölkədə fəaliyyət göstərən alimlərin yarıdan təhsil sahəsində çalışır. Yaranmış vəziyyəti nəzərə alaraq doktorantura təhsil sahəsində qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi, adambaşına maliyyələşmə üzərində böyük iş aparır. Uşaqlar, yüksək intellektə malik gənclər xüsusi qayğı ilə əhatə edilməlidir. İnanırıq ki, SABAH qruplarının məzun olduğu gənclər Azərbaycan iqtisadiyyatına öz tövhələrini verəcək. Hazırda “2016-2020-ci illər dövlət Proqramı hazırlanır. İnanınırıq ki, bu proqram ali məktəb müəllimlərin ixtisasartırma, əcnəbi müəllimlərin tədrisə cəlb edilməsinə imkan yaradacaq”

 

Aysel Kərimova







19 Dekabr, 2014  13:02 Baxılıb: 986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner