Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İctimai fəalların Gürcüstana buraxılmamasına deputatdan REAKSİYA

“Gürcüstanda yaşayan azərbaycanlıların oranın yerli sakinləridir. Onlar Rusiya ilə baş verən hadisələrdə Gürcüstanın mövqeyini müdafiə ediblər. Buna görə də, Gürcüstan hökuməti həmvətənləri ilə əlaqə saxlamaq istəyən azərbaycanlılara qısqanc mövqe nümayiş etdirməməlidir”.

Bu sözləri Simsar.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fərəc Quliyev deyib.

Son günlər azərbaycanlı ictimai-fəal şəxslərin Gürcüstana getməsində yaranan çətinliklərə münasibət bildirən millət vəkili baş verənlərdən narahatlığını dilə gətirib: “Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik münasibətləri var. Bu gün Gürcüstan Azərbaycanın hesabına ayaqda durub. Biz həmişə yaxşı qonşu olmuşuq. Buna görə, Gürcüstan hökuməti azərbaycanlı ictimai-fəal şəxslərin Borçalıda yaşayan həmyerlilərimizlə əlaqə saxlamasına nəinki mane olmalı, şərait yaratmalıdırlar”.

Azərbaycan və Gürcüstan hakimiyyəti arasında problem olmadığını dilə gətirən Fərəc Quliyev deyib ki, bu məsələdə Gürcüstanda yaşayan ermənilərin də təsiri ola bilər: “Çünki, onlar hakimiyyətdə fəal şəkildə təmsil olunurlar. Həmçinin, ola bilsin, Gürcüstan hökuməti azərbaycanlıların cəmiyyət olaraq inkişafında maraqlı deyil. Hər iki halda, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilər”.

Xatırladaq ki, son günlər “Borçalı” Cəmiyyətinin və Qarabağ Azadlıq Təşkilatının üzvlərinin Gürcüstana getməsində bəzi çətinliklər yaranıb.

 

Vüsal Məmmədzadə







19 Dekabr, 2014  12:48 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner