Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

O bizi qorudu... - POLKOVNİK-LEYTENANT ELŞAD QULİYEV

Qorxu hissi olmadan həyatını ölümə atan xüsusi təyinatlı...

Hər şeyin zamana qarışmasında onun yaddaşla baglılığı göstərici olaraq qalır. Əbədi qəhrəmanlar da zamanın süzgəcindən keçərək yaddaşa iz salır. Tarix isə yaddaşa çökəndə qorunur. Əminliklə deyə bilərdim ki, məqaləmin qəhrəmanı da bu cür mogikandır.

Zaman illəri geri qoydu. 2012-ci ilin aprel ayında baş verən hadisələr bizi yadlaşmayan bir ünvana, zamana boylanmağa səsləyir. Bu baxımdan, MTN-nin polkovnik-leytenantı Elşad Vəli oğlu Quliyev vətən yolunda olan xidməti aydın, şəffaf bir həqiqətdir. Onun üçün milli-dəyərlərə hörmət içindəki qəhrəmanlıq ideyalarına sadiq qalmaq idi. Buna görə də vətənpərvərlik göstərərək qorxu hissi aşılamadan həyatını ölümə atdı.

Polkovnik-leytenant Elşad Quliyev haqqında yazdıqlarım məni həm kədərləndirir, həm də qürurlandırır. Azərbaycanın qəhrəmanlıq tarixinə iz qoyan bir igid barəsində yazmaq çox kədərlidir.

2012-ci il tarixi. Bu tarix E. Quliyevin həyatının son mərhələsi oldu. İnamla irəliləyərək xilaskar qəhrəman kimi Elşad Quliyev üzləşdiyi ölümdən xilas ola bilməyib əbədi qəhrəmana çevrildi. Qəhrəman sözünü ona görə işlədirəm ki, onun həyat uğurları yalnız bu mərhələyə gedib çatan pillələrdən ibarət idi.

ELŞAD VƏLİ OGLU QULİYEV 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olmuşdur. 1979-cu ildə Zəngilan rayon 1 saylı orta məktəbində təhsil almağa başlamış, 1990 ci ildə isə orani bitirmişdir. 1991-ci ldə Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində iştirak etmişdir. 1995-ci ildən MİLLİ TƏHLUKƏSİZLİK NAZİRLİYİN (MTN) xususi təyinatli dəstəsində zabit rutbəsi ilə işə başlamışdır. Dəfələrlə dövlətin, millətin mudafiəsi uçun xususi əməliyyatlarda cəsarətlə iştirak etmişdir. Nəsillərə numunə ola biləcək bu vətənpərvər insanın əməlləri həmişə dövlətimiz tərəfindən yuksək qiymətləndirilib, bir cox dovlət mukafatlari ilə təltif edilmişdir.

2005 ci ildə “İgidliyə görə” , 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur.

O bir neçə əməliyyatların uğurlu iştirakçısı olmuşdur. Ən son əməliyyat onu yadlaşmayan bir ünvana yolladı. 06 aprel 2012-ci ildə MTN-nin Gəncədə terror törətməyə hazırlaşan radikal dini silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak oldu.

E. Quliyev bizi qorudu, biz isə onu qoruya bilmədik. Ona böyük, bənzərsiz qiyməti yalnız öz fəaliyyəti, əməlləri verdi. Bəlkə də övladları onları qoyub getdiyi üçün indi şəhid atadan inciyib. Amma böyüyədə anlayacaqlar ki, öz taleyini yaşamaq bir qismət imiş.

Elşad Quliyev öz zəhməti, bacarığı və istedadı ilə parlamış bir şəxsiyyətdir. O daim mühüm tapşırıqlarla ən çətin sahələrə göndərlmişdir. Biz onu hər zaman öz amalına sadiq insan kimi tanıdıq. E. Quliyev öz əqidəsi, məsləki olan, öz taleyini xalqın taleyindən ayırmayan vətənsevər, millətsevər bir şəxs idi. Polkovnikin seçdiyi və getdiyi yol onu şəhidlik zirvəsinə aparan bir yol idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Hesab edirəm ki, heyrətamiz məharətilə nadir şəxsiyyətlərimizdən olan polkovnikin həyatı müasir gəncliyimizə vətənpərvərlik hissi aşılayacaqdır.

O da bizlərdən biri idi. Hər insan kimi, onun da özünəməxsus xüsusiyyətləri vardır. Biz onunla fəxr edirdik. Çünki o vətəni qorumağın, xalqa sədaqətin parlaq nümunəsini göstərməyi bacarırdı.

Elşad Quliyevin ömür yolu tərcümeyi-hal şəklində beləcə sakit bir axarda görünür. Amma biz bu ömürlüyün izinə düşüb mahiyyətinə vardıqda, hər anının fərqli mərhələlərdən keçdiyinin şahidi oluruq.

İndi bir mövsüm deyil, əbədi həyat girdi araya. Nə sən dönə bilərsən geriyə artıq, nə də ki, səni sevənlərin acısı bitməz. Sən öz yolunu seçdin. Öz yolunu seçən və bu yolla irəliyən qəhrəmanlardan biri oldun. Bu yollar heç zaman bitməyəcək. Çünki əbədi qəhrəmanlar üçün nə başlanğıc var, nə də son...

Onun bu həyatda son mübarizəsi ölümlə oldu: həyatının vida dəqiqələrində üzündəki xəfif və işıqlı təbəssümlə Tanrı dərgahına köç edərkən ölümə belə meydan oxumağı Elşad Quliyevə şəhidlik nümunəsini verdi. Bu isə dünyaya gələrkən ona həvalə olunmuş mübarizə etmək missiyasının son –Zirvə məqamı idi.

Allah rəhmət eləsin!

Təranə Şükürlü

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti







19 Dekabr, 2014  12:40 Baxılıb: 4225 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner