Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dövlət alqı-satqı sistemi bizi gülünc vəziyyətə qoyur” - Akif Əlizadə

“Təhsildə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur. Faktlar isə göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır. Yəni fizika, riyaziyyat və təbiət elmlərinə maraq gündən-günə azalır”.

Simsar.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin birinci qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, orta məktəb, universitet və Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi 7-ci və 8-ci sinifdə aşkar edib, onunla işləməyə başlanılsın: “Yalnız belə olan halda biz bugünki mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik”.

Elmin maliyyələşməsinə də toxunan AMEA prezidenti aktiv işləyən qrupların dəstəklənməsinə yönəlmiş qrant sisteminin təkmilləşdirilməli olduğunu da deyib: “Bu da gənc alimlərin formalaşmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq. Bəzi hallarda Respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır. Misal üçün, eksperimental işlərin aparılması cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burda tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz”.

 

Aysel Kərimova







19 Dekabr, 2014  12:09 Baxılıb: 666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner