Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

8-ci sinif şagirdi niyə intihar etdi? - Təfərrüat

Ötən gün Bakıda intihar edən orta məktəb şagirdi, 2000-ci il təvəllüdlü Nicat Əlibala oğlu Rzayev dərslərində davamiyyətli olub.

Bu barədə ANS PRESS-ə onun təhsil aldığı 231 saylı orta məktəbin direktoru Mehbarə Məmmədova bildirib. Direktorun sözlərinə görə, Nicat Rzayev həmişə dərslərdə iştirak edib.

Mehparə Məmmədova deyir ki, hadisə baş verən gün Nicat Rzayev evlərində kiçik qardaşı ilə mübahisə edib.

“Nicat Rzayev idman dərsinə idman forması gətirməyibmiş. Onunla birlikdə 5 şagird də dərsə formasız gəliblər. İdman müəllimi Cıfır İmanov uşaqları danlayıb. Müəllim Nicat Rzayevin kiçik qardaşını çağıtdırıb. O, uşağa tapşırıb ki. atalarına Nicat Rzayevin dərsə idman formasız gəlməsi barədə xəbər versin”, - deyə Mehbarə Məmmədova bildirib.

Direktor bildirib ki, bu hadisədən sonra Nicat Rzayev qardaşı ilə mübahisə edib və sonra özünü asıb.

Nicat Rzayevin sinif rəhbəri Xəqani Alməmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, şagirdi həmişə məsuliyyətli olub. dərslərində orta səviyyədə oxuyub. Həmin gün isə kiçik qardaşı ilə mübahisə edib ki, atasına müəlliminin özlərini çatdırmasın.

“Nicat Rzayev dərsdən evə gedib. Qardaşı ilə mübahisə edib. Anasının onun üçün qoyduğu yeməyi yeməyib. Evlərinin yanındakı yarımtikiliyə gedib və özünü orda asıb. Hadisə barədə sonradan Nicatın anası xəbər tutub”, - deyə Xəqani Alməmmədov bildirib.

Sinif rəhbəri deyir ki. Nicat Rzayevin meyitini anası aşkarlayıb. Ana oğlunun meyitini tapanda təzə intihar edibmiş.

Məsələ ilə bağlı Nicat Rzayevin idman müəllimi Cəfər İmanovla əlaqə saxladıq. İdman müəlliminin ANS PRESS-ə verdiyi məlumata görə, Nicat Rzayev həmişə dərslərində iştirak edib. Sadəcə həmin gün dərsə formasız gəldiyi üçün ona irad tutub. Daha sonra kiçik qardaşına tapşırıb ki, valideynlərini məlumat versin. Müəllim bildirib ki, şagirdi ilə başqa heç bir problem yaşanmayıb.






19 Dekabr, 2014  11:27 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner