Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan alimləri prezident İlham Əliyevə müraciət etdi

Azərbaycan alimlərinin I Qurultayının iştirakçıları prezident İlham Əliyevə müraciət edib.

Simsar.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir: “Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər sizin tərəfinizdən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürmüş və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər ediblər. Əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik”.

Aysel Kərimova







19 Dekabr, 2014  11:06 Baxılıb: 827 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner