Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qafqazın ən böyük məscidinin açılış tarixi bəlli oldu – ÖZƏL

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində inşa edilən Cənubi Qafqazın ən böyük məscid kompleksində son tamamlanma işləri başa çatıb.

Simsar.az-ın məlumatına görə, məscidə gələn yollar da yenidən təmir olunub. Dini abidə-kompleksi açılış günü üçün tam hazır vəziyyətdədir.

Kompleksdən isə Simsar.az-a o da bildirilib ki, məscidin açılışı dekabrın 24-də keçiriləcək. Mərasimə prezident İlham Əliyev də qatılacaq. Ölkə başçısının gəlişi ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, məscid prezident İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə inşa olunur. Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub.

Məscidin 4 minarəsinin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metirdir. Məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin içərisində xüsusi lift işləyəcək.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə 350 kvadratmetrdir.

Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınıb.

Hüseyn İbadlı

 






19 Dekabr, 2014  11:00 Baxılıb: 2159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner