Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gözdən əlillərin etirazına nazirlikdən quru cavab – PROBLEM

Araşdırmalar göstərir ki, gözdə əlilliyin 40 faizi irsi xəstəliklərlə bağlıdır. Həssas təbəqə hesab olunan bu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Ölkədə fiziki cəhətdən qüsurlu insanların bir sıra sahələrdə problemlərlə qarşılaşdığı da sirr deyil. Bunlardan biri də təhsillə bağlıdır. Gözdən əlillərin cəmiyyətə ineqrasiya olması normal təhsil ala bilmələri üçün onlara dərslər yalnız “brayl əlifba”sı ilə tədris olunur. Lakin bu gün gözdən əlillər heç də müasir texnologiyaların imkanlarından kifayət qədər yaralana bilmirlər.

Məsələ ilə bağlı Simsar.az-a danışan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev orta məktəblərdən çox ali təhsil müəssisələrində gözdən əlillərin xüsusi kompyuter proqramlarıyla təminatında problemlərin olduğunu deyib.

Onun sözlərinə görə, Gözdən Əlillər Cəmiyyəti aidiyyatı qurumlar qarşısında  onların müasir texnologiyalarla təmin olunması üçün məsələ qaldırıb.

S. Abdullayev bu sahədə müəyyən problemlərin  qaldığını deyib:

“Bu gün paytaxtdan çox rayonlarda yaşayan gözdən əlillərin müasir texnologiyalarla təmin olunmasında problemlər var. Onlar təcrid olunmuş şəkildə yaşayır təhsildən kənarda qalırlar. Bir çox təhsil müəssisələrində fərdi şəkildə hər bir əlil xüsusi proqramla təmin olunur. Ali məktəblərin Mərkəzi Kitabxanalarında onlar üçün xüsusi proqramlar hazırlanır. Lakin biz istərdik ki, gələcəkdə bu proses bütün ali təhsil müəssisələrində tətbiq olunsun”.

Təhsil Nazirliyindən isə Simsar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizin müvafiq ali təhsil müəssisələrində “brayl” əlifbası və səsli proqramlarla təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərmir.

Nazirlik gözdən əlillərin müasir texnologiyalardan yararlanması üçün atılacaq addımlar barədə isə hər hansı açıqlma verməyib.

Bu isə o deməkdir ki, hələ uzun müddət gözdən əlillər müasir texnologiyalardan sitifadə edə bilməyəcəklər.

 

Aysel Kərimova







19 Dekabr, 2014  12:00 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner